Gədəbəydə qayınata tərəfindən döyülən ana və qızının durumu NECƏDİR?


Xəbər verildiyi kimi, Gədəbəydə ailə münaqişəsi zaman qayınata və baldız ana ilə qızına xəsarət yetirib.

Gədəbəydə döyülən ana və qızının sağlamlıq durumu ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bakmiltv.info-nın yerli bürosuna verilən məlumata görə xəsarət alanlar evə buraxılıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Gədəbəydə ailə İNSİDENTİ – Ana və qızı ölümcül DÖYÜLDÜ


“11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər  (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib.

Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Hiç yorum yok:

Yorum Gönder

Pages