Atakişiyev Hüseynağa Ağaһüseyn oğlu Aktyor, rejissor, Azәrbaycan, әmәkdar incəsənət xadimi anım günüdür.




Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub.

M.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra (1975) bir müddət Şəki Dövlət Teatrında işləyib. Məhz orada Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olur.

Sonra Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib.

1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub.

«Üzeyir ömrü» bәdii televiziya filmindә Hacıbəyovun obrazını yaratmış, 1995-ci ildә İstanbulda Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasını tamaşaya qoymuşdur.

Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.

Filmoqrafiya
Üzeyir ömrü (film, 1981)
Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-rol: aktyor, rus kişi
Olum, ya ölüm və ya hər şeyə rəğmən (film, 1994)
Ömürdən uzun gecə (film, 1996)
Fatehlərin divanı (film, 1997)

Hiç yorum yok:

Yorum Gönder

Pages