Sevinmişdi ata anası,amma heç kimin ağlına belə gəlməzdi ki, 19 il ömr yaşayan Abbas bu az yaşında cəmi 19 il yaşadığı ömrü belə tez başa vuracaq. Abbasın acı xəbəri ailəsinin sevincini bir dəqiqənin içində qap qara rəngə boyadı. O ğün,həmin o ğün televizoyadan eşitdikləri Abbasın döyüşdüyü Zəngilan rayonunun Qazançı və Şatıflı kəndlərinin işğalı, ermənilərin hücumunun qarşısı alan zaman gedən döyüşdə Abbas və əsğər yoldaşlarının itkin düşməsi xəbəri ailəni yıxdı..
Daxili Qoşumların əsğərləri ermənilərlə qarşı qarşıya döyüş, amma ermənilər böyük qüvbə və ağır texnika ilə hücuma keçmişdi.Hücumun qarşısın almaq üçün zabit və əsərlər düşmənə müqavimət göstərərək geri çəkilmirlər. 11 döyüşçü iki hissəyə bölünür və ermənilərin hücumunun qarşısın almaq üçün son güllələrinə qədər döyüşürlər, amma ermənilər çox yaxşı silahlanmış və irəliləyirdilər. Əsğərlər yaxınlıqdakı postlarda mövqe tutub döyüşürdülər, amna erməni silahlılarının çox olması səbəbindən onlar geri çəkilməyə məcbur olurlar, əsgər yoldaşları belə söyləyirlər, biz 4 nəfər bir uçmuş divara rast gəldik və orda daldalanıb irəliləyən ermənilırə atəş açırdıq, bizim gülləmiz qurtarmışdı. Geri çəkilərək o biri postlara çatmalı idik ku, silah və güllə götürək. Amma güllə üstümüzə yağış kimi yağırdı, sağımız solunuz başımızın üsündən güllələr yağlrdı. Abbas ən yaxın posta Topxanaya gedib xəbər vermək və ratsiya ilə kömək ğöndərilməsini demək üçün yoldaşlarından ayrılır və boş sahə ilə Topzana postuna tərəf gedir.. Əsər yoldaşının dediyinə görə, 50 metr Abbasın getdiyin görür, sonra..,Başqa bir əsğərin verdiyi məlumat ,Abbas onlardan ayrılan yoldaşları ilə qarşılaşır və ermənilərin güclu silahlanmış döyüşçülərindən ibarət dəstə ilə üzləşirlər və çox ağır döyüş gedir..Abbasın və döyüş yoldaşlarını güllələri demək olar ki ,bitmişdi..Və bu onların son döyüşü idi bu döyüşdə Abbas və yoldaşları qəhrəmançasına Şəhid olurlar .Düşmən irəliləyir və Zəngilan rayonunun bir çox əhəmiyyətli postların və yüksəkliklərin əlinə keçirir. Abbasın və döyüş yolsaşlarının nəşləri düşmənin işğal etdiyi ərazidə qalır və götürmək mümkün olmur..Mənfur və azğınlaşmış düşmən əsgərlərin nəşlərini vermir və bu günə kimidə harda və necə basdırıldığı haqqında məlumatı verməkdən yayınır..33 il keçir, 1992 ci il dekabr ayının 10 da səhər saat 9-10 aralarında Abbas və onun kimi Daxili Qoşun hissələrində xidmət edən və Vətənin azadlığı yolunda yüzlərlə əsğər Şəhid olur..Bu Abbasın 19 yaşında ailəsinə yaşatdığı sevincin sonu idi. 33 ildi Abbasın anası və ailəsi əzab və iztirab çəkdi və bu acı bitmədi.. Minlərlə itkin ailəsi kimi Abbasın ailəsi də ziyarət etməyə məzar tapmadı..Minlərlə İtkinlərin ailələri acılarla yaşadı və doğmalarının nəşlərinin tapılacağı günü gözlədilər..Bu itkin ailələrini qədəri oldu..Bitməyən həsrət və acılarla yaşamaq..
Aprelin 10 nu 2025 ci il yaşasaydı 52 yaşı olacaqdı..
Amma az yaşında,qısa ömründə qəhrəman oldu, əbədiyyətə qovuşdu..Şəkillərdə yaşayan əsğər..
Ruhun şad olsun, mövludun mübarək..
Hiç yorum yok:
Yorum Gönder