Daxili İşlər Orqanların həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı, humanistliyi, ictimai işlərdə fədakarlıq göstən, dostlarına, yaxınlarına isti münasbətdə olan, heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəsə doğmalıq münasibəti yaradan, dəqiqliyi, təmkinliyi, səmimiyyəti, dərin zəkası və sadəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü daxili işlər orqanlarında keçirmiş, ehtiyatda olan polis mayoru Seyidov Mirxəlil Mirhadi oğlunun mart ayının 20- də onun dünyaya göz acdığı yoxdur.
Bu əlamətdar gün münasibətilə, daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Mirxəlil Seyidovu 2001 -ci ildə Daxili işlər nazirliyin Polis Akademiyasını bitirmiş tələbə yoldaşları,onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Mirxəlil qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl, istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polis mayoru Seyidov Mirxəlil Mirhadi oğlu 20 mart 1972 -ci ildə Babək rayonunun Nəzərabad kəndində zəhmətkeş bir ailədə anadan olub.
1989- cu ildə Babək rayonunun Nəzərabad kənd orta məktəbi, 2001 cü ildə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib. Mirxəlil Seyidov Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində DİO- da keçirilən bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, komanda - qərargah məşqlərində, seminar və konfraslarda fəal iştirak edib.
1990-1992 cü illərdə Murmanski vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
Mirxəlil Seyidov 1993 – 2007-ci illərdə Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyinin Naxcvan Muxtar Respubilkasında yerləşən rayon polis şöbələrində müxtəlif vəzifələrdə Millətə,vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edib.O, Daxili İşlər Orqanından ehtiyata buraxıldıqdan sonra SOCARIN Təhlükəsizlik İdarəsininin əməliyyat şöbəsində calışıb. Mirxəlil Seyidov hal-hazırda SOCARIN Təlim, Tədris və Sertifikatlaşdıra İdarəsində işləyir.
Mayor Mirxəlil Mirhadi oğlu Seyidov DİN-in Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı polis zabiti kımı göstərmişdir.O işlədiyi, oxuduğu orta məktəbdə, polis akademiyasında həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.
Mayor Mirxəlil Seyidov Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiy asına və qanunlarına əməl etməkdə, Polis Andın, DİN-in post - patrul xidməti nizamnaməsinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox polis əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.
Mirxəlil Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
O, Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Orqanlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında, zərərsiz ləşdiilməsində, fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Mirxəlil Seyidov xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- doyüs keyfiyyətləri göstərdiyinə və digər xidmətlərinə görə Daxili İşlər Naziri və onun müavinlərinin, şəhər və rayon polis idarə (şöbə) rəisinin, polis akademiya rəisinin müvafiq əmirləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə,diplomlarla mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MİRXƏLİL!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder