Daxili işlər orqanlarının həyatında öz dəst - xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi, ictimai işlərdə fədakarlıq göstən, dostlarına, yaxınlarına isti münasbətdə olan, hec kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəsə doğmalıq münasbəti yaradan, dəqiqliyi, təmkinliyi, səmimiyyəti,xeyirxahlığı ,vətənpərvərliyi,sadəliyi, dərin zəkası, və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü daxili işlər orqanlarında keçirən hörmətli veteranmız- ehtiyatda olan polis polkovnik leytenantı İmamyarov Eldəniz İspəndiyar oğlunun mart ayının 20- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Eldəniz İspəndiyar oğlu İmamyarovu belə bir alamətdar gün münasibəti ilə 2021 -ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmiş tələbə yoldaşları, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Eldəniz müəllim qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl, istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Şanlı Azərbaycan polisində müxtəlif vəzifələrdə xidmət etmiş Eldəniz İmamyarovun keçmişinə nəzər salanda, çətin, məsuliyyətli, şərəfli bir ömür yolu keçməsinin Şəhidi oluruq.
Polis polkovnik- leytenantı Eldəniz İmamyarovun həyat salnaməsini nəzərə salnada körürük ki, o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, işlədiyi kollektivin rəğbətini qazanmışdır.O,hər zaman Dövlət Yol Polisin zabiti kimi öz işində prinsipial, qətiyyətli, dürüst mövqe tutmuşdur.
Dövlətin konstitusion quruluşun, əmin-amanlığın təmin edilməsində rolu olan, polis polkovnik- leytenantı İmamyarov Eldəniz İspəndiyar oğlu 1973-cü ilin mart ayının 20-də anadan olub.2001 cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib.
1991- 2024- ci illərdə Daxili İşlər Nazirliyinin rayon polis şöbələrinin dövlət yol polis bölmələrində, inspektor, baş inspektor və bölmə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Eldəniz İmamyarov Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtların dan, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı polis zabiti kımı göstərmişdir.O işlədiyi, oxuduğu orta məktəbdə,polis akademiyasında həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.
E.İmamyarov Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Polis Andın, Daxili İşlər Nazirliyinin intizam nizamnaməsinin və digər hüquqi- normativ aktların tələblərinin eləcə də vəzifə borclarının yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə bir çox polis əməkdaşları ücün nümunə olmuş və onları fədakar xidmətə ruhlandırmışdır.
Polkovnik- leytenant Eldəniz İspəndiyar oğlu İmamyarov Daxili işlər orqanqanlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsssisə-lərində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
İmamyarov Eldəniz İspəndiyar oğlu öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə,cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, eləcə də xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, rayon polis şöbə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə,pul mükafatları ilə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.“Polis Veteranı” medalı;
2.“Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. ELDƏNİZ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder