Təbrik: Mayor Mübariz Məmişov-53


Peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün  28  ildən çox şərəfli xidməti yolunu  Daxili İşlər Nazirliyi   (DİN-in)   Daxili Qoşunlarında keçirmiş, Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və  müharibə veteranı- ehtiyatda olan mayor  Məmişov Mübariz Qəzənfər oğlunun fevral ayının 10-da  dünyaya göz acdığı gündür


Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan mayor Məmişov Mübariz Qəzənfər oğlunu belə bir əlamətdar gün münasibətilə  DİN- in Daxili Qoşunlarının   ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları, əzizləri və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib -ükənməyən nailiyyətlər arzu  edirlər.


  Azərbaycan Respublikasının   Silahlı Qüvvələri və müharibə veteranı ehtiyatda olan  mayor Məmişov Mübariz Qəzənfər oğlu  1972-ci ilin fevral ayının 10 -da   Dərələyəz mahalının      Yeğeqnadzor rayonun Qovuşuq kəndində zəhmətkeş bir ailədə   anadan olub.

    

Mübariz Məmişov Bakı  şəhərində 19 nömrəli  orta məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman  İnstitutunu, Azərbaycan Siyasi Şunaslıq   məktəbini, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində isə Daxili Qoşunların Bas İdarəsinin  Döyüş Hazırlığı İdarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzini və  NATO- nun  Qırmızı Xaç  Komtəsi kursunu bitrib.


 Mübariz Məmişov Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki  toplanışlarda,hərbi xüsusi - taktiki  təlimlərdə, seminar və konfranslarda  fəal iştirak edib.


 Mayor Mübariz Məmişov  1993- 2020 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi, Nərimanov və  Hacqabul rayonlarında  (Şirvan şəhərində) yerləşən hərbi hissələrində   (müddətli həqiqi hərbi xidmətə olub) manqa komandiri,    taqım komandirinin müavini, taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, hərbi hissənin qəargah rəisinin xidmət üzrə köməkçisi, Daxili Qoşunların Bas İdarəsində    isə Növbətçi xidmətinin baş zabiti və Növbətci xidmətinin rəisi vəzifələrin də Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

M.Məmmişov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş   zabit kimi göstərmişdir. Mübariz      istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi  və daxili işlər nazirliyi daxili qoşunların  döyüş  xidməti nizamnamələrin  dəqiq  və  sözsüz yerinə yetiriməsi işində,öz tabeliyində  olanlar ücün şəxsi  nümünə olmuşdur. 

  Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına   həvalə olunmuş vəzifə və tapşırıqların  yerinə yetirilməsində, mühüm  dövlət obyektlərin, inzibatı binaıarın və hərbi təchizat anbarların  mühafizə ovunmasında,  səhərdə, yaşayış  məntəqələrində və kütləvi tədbirlərin keçiriləmə yerlərində    ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin  təmin edilməsində, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində kütləvi iğtiaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz  birləşmiş silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər   və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət  və komendant saatı zamanı hüquqi rejimin  təmin  edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş vəzifə və tapşırıqların  yerinə  yetirilməsində    fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan  Respubilkasının  Prezdenti adından   Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə  aşağıdakı medallarla təltif olunub:

  1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2.”Qüsursuz xidmətə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;

3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin   10-illiyi, 90-illiyi  və 95-illiyi yubiley  medalları ilə.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi     xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı  və yubiley  döş  nişanları ilə, bir çox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, şücaət və igidliyə, öz xidməti vəzifələrini   və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə  görə mayor  Mübariz Məmişov “Hərbi  xidmətlərə görə” medalı ilə təltif olunub.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MÜBARİZ !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri  və   Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages