Təbrik: Kapitan Novruz Verdiyev



     
 Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının  hərbi hissələrində  və ali hərbi məktəbində müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı,sadəliyi, səmimiyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyəti  ilə seçilən - ehtiyada olan   kapitan  Verdiyev Novruz  Məhəmməd oğlunun  noyabr ayının  19 -da  dünya göz açdığı gündür.
      
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan  Kapitan  Verdiyev Novruz Məhəmməd oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və  iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Novruz  qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Verdiyev Novruz Məhəmməd oğlu   1981 - ci  ilin
 noyabr ayının  19 - da Azərbaycan  Respublikasının  Oğuz rayonunun  Filifilli kəndində  zəhmətkeş bir ailədə anadan olub. 
   
1998 - ci ildə Bakı şəhəri 80 nömrəli  orta məktəbi, 2012- cu  ildə  isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta  ixtisas hərbi   məktəbini  bitrib. 

Novruz  Verdiyev  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə,  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 
    
2000- 2002- ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin   Sərhəd Qoşunlarında   müddətli həqiqi hərbi xidmətə olub.  

2005-2023 - cü    illərdə  DİN-in Daxili Qoşunların Gəncə şəhərində,Quba və Xəzər rayonlarında yerləşən hərbi hissərində və orta ixtisas  hərbi  məktəbində xüsusi təyinatlı dəstədə  yarım qrup komandiri, əsgər yataqxanasının rəisi, müdavim, artilleriya batareyasında taqım komandiri, artilleriya  batareyasında zabit, hərbi hissənin qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifələrində xidmət etmiş, hərbi hissənin  qərargah rəisinin  döyüş hazırlığı üzrə müavini vəzifəsini müvəqqəti icra etmişdir.Hal -hazırda Gesko ASC-in hərbiləşdirilmiş mühafizə. xidmətində növbə rəisi 
vəzifəsində çalışır. 

Novruz  Verdiyev qanunvericiliklə  müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat  anbarların mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai  təhlükəsizliyin təmin olunmasında,  bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa  fövqaladə hallar, habelə  fövqalədə  vəziyyət  və komendat saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində,  dövlətətin ərazi bütövlüyünün təmin olunmasında  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbi və iş yoldaşları kapitan  Novruz Verdiyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.N.Verdiyev  istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
N.Verdiyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      
Öz xidməti  vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə  və digər xidmətlərinə görə  Daxili İşlər Nazirinin, Dövlət Sərhəd Xidmətinin rəisinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirin  müvafiq əmrləri ilə  əlacı  və yibiley  döş nişanları ilə təltif olunub,fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbagcan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  90 illiyi (1918-2018)” yubileyi medalı ilə;

3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə;

4.“Qüzursuz xidmətə görə” 2-ci dərəcəli  medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə” 1 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  NOVRUZ !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages