Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xəti olan,yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, şəxsi intizamı və kollektiv arasında şəxsi nüfuzu ilə seçilən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabuncı rayon şöbəsinin üzvü, Azərbaycan Respublikasının müharibə veteranı- polkovnik-leytenant Tağıyev Maarif Tağı oğlunun noyabr ayının 1-də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, Maarif Tağıyevi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri, kollektivi, onun doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbkara insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömür arzulayırlar.
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Sabuncu rayon şöbəsinin üzvü- istefada olan po lkovnik- leytenant Tağıyev Maarif Tağı oğlu 1964 - cü ilin noyabr ayının 1-də Bakı şəhərində anadan olub. O, əslən Ucar rayonunun Qəzyan kəndindəndir.
Tağıyev Maarif Tağı oğlu 1982-ci ildə Bakı şəhərində 250 saylı tam orta məktəbi, 1991-ci ildə Azərbaycan Dövlət Neft və Sənayi Ünverstetini, 1998-ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən təlim-tədris mərkəzində böluk komandiri və taborun qərargah rəisi kursunu, 2010-ci ildə Türkiyə Jandarma Qüvvələrinin Ankara şəhərində yerləşən hərbi məktəbində müəllimlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunların Baş idasinin Binəqədi, Xətai rayonunlarında və Daxili Qoşunların Bas İdarəsində təşkil edilmiş treniqlərdə, seminarlarda, metodiki -təlim toplanışlarında,xüsusi- taktiki təlimlərdə və nümunəvi – göstəriçi məşğələlərdə fəal iştirak edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Zəngilan, Qubadlı və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Polkovnik- leytenant Tağıyev Maarif Tağı oğlu qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı, zəhmətkeş baş zabitdir, yaxşı ailə başçısıdır. O,istər təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində iğtşaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizə də,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbbi fəlakətlər və başqa fövqaladə hallar habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerınə yetirilməsi işində, öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümünə olaraq, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Tağıyev Maarif Tağı oğlu öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşrıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri aşağıdakı medallara təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.” Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkasının 95-illiyi (1918-2013)” yubiley medalı ilə.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nizamnaməsinin tələblərinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Marif Tağıyev AVMVİB təsis etdiyi aşağıdakı medallarla təltif olunub:
1.”Müharibə Veteranı” medalı ilə;
2.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994-2010)”yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə;
4.”Böyük zəfər” medalı ilə.
Polkovnik- leytenant Maarif Tağıyev hal hazırda Bakı şəhəri 259 nömrəli tam orta məktəbdə cağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışır.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, MAARİF!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERIYƏ BAXDIĞıNDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ» DEYƏRSƏN… BÜTÜN ARZULARLNIN REALLAŞMAŞI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder