Təbrik: Kapitan Zaur Rzayev



Peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ehtiyatda olan kapitan Rzayev Zaur Elman oğlunun   aprel  ayının  4- də  dünyaya göz acdığı gündür.

 

Daimi həyatın bütün   imtahanlarından alnıaçıq və üzüağ çıxan,  ehtiyatda olan kapitan Zaur Rzayevi   doğum günü münasibətilə  Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Zaur qoy hər yeni yaşınız da  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi  istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.


Rzayev Zaur Elman   oğlu 1982- ci ilin   aprel  ayının  4  -də   Azərbaycan Respubilkası Naxçıvan Muxtar Respibilkasının Şərur rayonunda zəhmətkeş  ailədə anadan olub.

   

1996- ci ildə  Şərur  rayonun   tam  orta   məktəbin  8 -ci sinifi, 1999 -cu ildə Cəmşid Naxcvanski adına  hərbi  liseyi,  2003 -   ci ildə   Heydər Əliyev adına Ali Hərbi Məktəbi, 2004-cü ilədə Dqxili işlər nazirliyi Daxili Qoşunlarln təlim tədris mərkəzində gənc zabitlərin ixtisasartrma  kursunu bitrub.

     

O, 2003-2013 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi  hissələrində taqım komandiri, bölük komandiri,  hərbi hissənin  qərargah rəisi  vəzifələrində Millətə, Vətənə, Dövlətə   və Xalqa  sədaqətlə xidmət  edib.Zaur Rzayev  hal -hazırda  Özəl  Kənd Təsərrüfatı sektorların birində    calışır.

 

Zaur Rzayev  təhsil aldığı  hərbi təhsil müəssisələrində və    Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqçulara və kursantlara  səxsi  nümunə olub.


Zaur Rzayev  Daxili Qoşunların  Baş İdasində, təlim - tədris mərkəzində və hərbi hissələrdə keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.

    

Zaur Rzayev  həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  


Zaur Rzayev Qanunvericiliklə müəyyən olunmuş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində     üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi lisey  və  ali hərbi məktəb rəislərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə  “Qusursuz xidmətə görə”  2-ci və 3 -cü dərəcəli, “Azərbaycan  Respubilkası Silahlı Qüvvələrinin isə  90  illiyi (1918 -2008 ) və 95 illiyi (1918-2013)” yubiley   medalları ilə , əlaçı   və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


     


Hərbi yoldaşları kapitan Zaur Elman oğlu Rzayevi  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


Öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə  Azərbaycan Respubilkası Prezdentinin  müvafiq əmri ilə “Hərbi xidmətlərə görə “ medalı ilə təltif edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ZAUR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

   


Hiç yorum yok:

Yorum Gönder

Pages