23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür



Bu il əlamətdar gün “Yerli xalqların dilləri” mövzusuna həsr olunub...

 

23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür (World Book and Copyright Day). UNESCO-nun 1995-ci ildə təsis etdiyi bu günün dünya ədəbiyyatı üçün xüsusi anlamı var.

23 aprel 1616-cı ildə dünya ədəbiyyatının üç tanınmış siması – ingilis şairi və dramaturqu Uilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.

Belə bir günün təsis edilməsi həm də kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi, kitabların hər kəsə əlçatan olmasının təşviqidir.

UNESCO ənənəvi olaraq hər il Dünya Kitab və Müəlliflik Hüququ Günü üçün mövzu elan edir. 2023-cü il üçün bu günün mövzusu “Yerli xalqların dilləri” seçilib.

Bununla bağlı təşkilatın yaydığı məlumatda qeyd olunur ki, 2022-ci ildə Yerli Dillərin Beynəlxalq Onilliyi (2022-2032) başlayıb və dil müxtəlifliyini və çoxdilliliyi dəstəkləmək və təşviq etmək BMT-nin prioritetlərindən biridir. Yerli xalqların dillərinin (o cümlədən şifahi ədəbiyyat ənənəsinin) dəstəklənməsi UNESCO-nun “Dünya Kitab Paytaxtı Şəbəkəsi”nin Xartiyasına da daxildir.

Qeyd edək ki, 2023-cü ildə UNESCO Qana Respublikasının (Afrika qitəsi) paytaxtı Akkra şəhərini “Dünya Kitab Paytaxtı” elan edib. Bu il UNESCO Dünya Kitab və Müəlliflik Günündə əsas diqqəti də yerli xalqların dillərinə yönəldəcək.

Məlumatda o da diqqətə çatdırılır ki, hazırda təxminən 7 minə mövcud dildən əksəriyyəti dünyanın mədəni müxtəlifliyinin böyük hissəsini təmsil edən yerli xalqlar tərəfindən danışılır. Bununla yanaşı, yerli dillərin bir çoxu sürətlə yox olmaq üzrədir.

 

 

Hiç yorum yok:

Yorum Gönder

Pages