Təbrik: Polkovnik leytenat İlqar Yusifov -54

   




  İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Belə insanlardan biri də peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti,  sadəliyi və səmimiyyəti, təvazökarlığı, qeyrəti və vətənpərvərliyi ilə seçilən Allahın verdiyi  şərəfli və mənalı  ömrünün ən məhsuldar dövrünün  26-ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə və polis akademiyasında keçirmiş,   Silahlı Qüvvələr və müharibə veteranı, ehtiyatda olan polkovnik - leytenant Yusifov İlqar Səfər oğludur. Mart ayının 23 də onun  dünyaya  göz acdığı gündür.


     Daimi həyatın  btün cətinliklərindən  alını açıq və üzüağ çıxan, Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı-  ehtiyatda olan polkovnik -leytenant  Yusifov İlqar Səfər oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi  (Din-in) Daxili  Qoşjnların ehtiyatda və istefada  olan zabitləri, doğmaları, əzizləri,iş və döyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,

   İlqar qoy  yaşının üstə gələn bu yaş da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. 


       Polkovnik- leytenant Yusifov İlqar Səfər oğlu 1970 -ci ilin mart ayının 23- də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.

1987 -ci ildə Bakı şəhərində orta məktəbi, 1998 –ci ildə Daxılı İşlər Nazirliyinin Polis Akademiyasını, 1999-cu ildə isə DİN-in  Daxili Qoşunların  Baş İdarəsinin doyuş hazırlığı idarəsininn Xəzər rayonunda yerləşən  zabitlərin təhkimləşdirmə (ixtisas artırma) kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən  bir çox metodiki təlim toplanışlarında, hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

       1988- 1990- cı illərdə Sovet Ordusunun İrkutski şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

    1991- 1992- ci illərdə  İlqar Səfər oğlu  Yusifov   könüllü olaraq  Azərbaycan Ordusunun  Ağdərə və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən hərbi hisələrində müvafiq vəzifələrdə olub və döyüş əməliyyatlarında fəal  iştirak edib.

   1992- ci ilin 1994-cü ilin avqust ayına kimi Daxili İşlər Nazirliyinin  Daxili  Daxili Qoşunların Baş  İdarəsinin Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, 1994-cü ilin  sentyabr ayından 1998-ci ilin iyun ayına kimi Daxili İşlər Nazirliyinin Polis Akademiyasında  kursant, 1998-ci ilin iyul ayından — 2017 ci ilin  dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Nərimanov, Sabunçu , Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirin tərbiyəvi işləri üzrə müavini,  böluk komandiri, tabor və alay  komandirinin tərbiyəvi işləri üzrə   müavini, Daxili Qoşunların Bas İdarəsinin Mənəvi pisxoloji hazırlığı şöbəsində isə baş zabit vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

 1991 -1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda  ( Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində)  gedən döyüş əməliyatlarında   fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş və  həmin   döyüşlərdə  2 (iki) dəfə yaralanmışdır.

 İlqar Yusifov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

       Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxiıi  qoşunlarən döyüş xidməti  nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləc də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların  yerinə yetirilməsində, dövlət əhəmiyyətli  obyektlərin, inzibati binaların, hərbi təchizat anbarların və hərbi şəhərciklərin mühafizə  edilməsində,  səhərdə,yaşayış məntələrində və    kütləvi tədbirlərin keçirilmə yerlərində     ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin  təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz   silahlı   dəstələrin   axtarışında   və   zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,təbii fəlakətlər,bədibəxt hadisələr və   fövqalədə hallar (fövqalədə   vəziyyət  və komendant saatı)  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən    vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Polis Akademiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley  döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə , xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində  xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə,”Azərbaycan  Respubilkası  Silahlı Qüvvələr Veteranı”,  “Qüsursuz xidmətə görə” 1ci,  2-ci və 3-cü dərəcəli,  “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin”   isə 10- illiyi (1991-2001) , 90- illiyi  (1918-2008)   və 95 -illyi (1918-2013) yubiley  medalları ilə təltif edilib.

    Azərbaycan Respublikası Prezidentinin 10 mart 2012 -ci il tarixli Sərəncamı ilə Azərbaycan dövlətçiliyinin, ictimai təhlükəsizliyin təmin edilməsində öz xidməti vəzifələrinin  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində peşəkarlıq göstərdiyinə,  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Daxili  Qoşunların yaranmasının 20 -ci il dönümü münasbətilə «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İLQAR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN,


 ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA,


 ÖMRÜN UZUN OLSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və Müharibə  Veteran  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages