Təbrik: Polkovnik leytenant Zabil Rzayev-56





İnsan ücün həyatda ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşın üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Rzayev Zabil Xanış oğludur. Dekabr  ayının 10-da  onun  dünyaya göz açdığı gündür. 

 Daimi həyatın   bütün  cətinluiklərindən  alnıaçıq  vəüzüağ   çıxan,    Silahlı Qüvvələr və Müharibə Veteranı- ehtiyatda olan polkovnik- leytenant  Rzayev Zabil Xanış oğlunu doğum günü münasibəti ilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Zabil  qoy yaşının üstə gələn bu yaş da sənə  sevincdolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

    Silahlı Qüvvələr və Müharibə  Veteranı  ehtiyatda olan polkovnik leytenant  Rzayev  Zabil Xanış oğlu  10 dekabr   1967-cı ildə Yardımlı rayonunun Köryədi  kəndində    zəhmətkeş ailədə anadan olub.

 1985 -ci ildə Yardımlı rayonunun Köryədi kənd orta məktəbi,  1993-cü ildə  Azərbaycan Dövlət Texniki Ünverstetinin «mexanika» fakultəsini ,1994-cü ildə Daxil Qoşunların Baş idarəsinin Nərimanov rayonunda  yerləşən hərbi hissədə zabitlərin ixtisas artırma kursunu bitirib. O,Daxili Qoşunlarlarda xidmət etdiyi illər ərzində Qoşunların Baş İdarəsində,tədris mərkəzlərində və hərbi  hissələrində keçirilən  bir çox  təlim metodiki   toplanışlarda, xüsusi taktiki təlimlərdə,  komanda-  qərargah məşqlərində, müvafiq ixtisasartırma kurslarında, seminar və konfranslarda fəal iştirak etmişdir.

      Zabil Rzayev 1985- 1987-ci illərdə Sovet Ordusunun  Moskva şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur

     Polkovnik- leytenant Rzayev Zabil Xanış oğlu  1992-1993- cü illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin konvoy (Mühafizə) alayında taqım və böluk komandiri,  1993-2016 -ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin  Zaqatala, Zəngilan, Ağdam, Ağdərə, Füzuli, Xətai, Sabuncu, Binəqədi,  Quba, Nərimanov və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində böluk komandiri, Əlahiddə tabor komandirinin müavinini, avtomobil və zirehli texnika xidmətin rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, hərbi hissə komandirinin maddi- texniki təminat  xidməti üzrə müavini vəzifələrində Vətənə və xalqa  sədaqətlə xidmət etmişdir. 2017 ci ildən etibarən Zabil Rzayev  Abşeron rayon Mehdiabat qəsəbə inzibati ərazi dairəsi üzrə  icra  nümayəndəsinin  müavini vəzifəsində işləyir.

 

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi  və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmir və sərəncamlarının dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabeçiliyində olanlar üçün daimi  şəxsi  nümunə olmuşdur.

    Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili Qoşunlara həvalə olunmuş  vəzifə və  tapşırıqların yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin, islah-əmək müəsissələrin,hərbi təchizat anbarların, hüquq mühafizə orqanların inzibatı binalarının mühafizə olunmasında,  şəhərdə,yaşayış məntəqələrində   və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai  asayişin qorunmasında və ictimai təhlükəsizliyin  təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa  qarşı mübarizədə, qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər  və başqa  fövqəladə hallar ( fövqaladə vəziyyət  və komendant  saatı) zamanı hüquqi rejim  tədbirlərinin həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

  O,  Din-in  Daxili Qoşunlarında xidməti etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş  və qayğıkeş zabit kimi göstərmişdir. Zabil Rzayev istər  anadan olduğu və yaşadığı ərazidə, təhsil aldığı orta və ali təhsil müəsələrində, Müdafiə Nazirliyinin zabitlərin təhkimləşdirmə kursunda, istərsə də xidmət etdiyi və işlədiyi  mühütdə,  dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında  və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə, əlacı  döş və yubiley nişanları ilə təltif olunub,bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Öz xidməti vəzifə  borclarını, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə  yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

  1. “ Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2.” Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;

 3.”Qusursuz   xidmətə görə”  2-ci  dərəcəli  medal- Silahlı Qüvvələrdə 15 təqvim  ili xidmətə görə;


4.” Qusursuz xidmətə görə 3-cü dərəcəli  medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  10-iliyi (1991-2001)” yubiley medalı ilə;


6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90  -illiyi  (1918-2008)” yubiley medalı ilə;


7.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95-iliyi (1918-2013)” yubiley medalı ilə . 


 Azərbaycan Respublikası Prezidentinin  08 mart 2014 -cü il tarixli sərəncamına əsasən Polkovnik leytenant Rzayev Zabil Xanış oğlu DİN-in Daxili Qoşunların yaranmasının 22-ci ildönümü ilə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə görə, döyüş zamanı igidlik göstərdiyinə görə, öz xidməti vəzifələrini  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə “Hərbi xidmətə  görə” medalı ilə təltif  edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

ZABİL !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages