Ərdoğan sentyabrda Putinlə şəxsən görüşməyə ümid edir - YENİLƏNİB



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda rusiyalı həmkarı Vladimir Putinlə şəxsən görüşməyə ümid etdiyini bildirib. O, görüşün G20 sammiti və ya BMT Baş Assambleyası çərçivəsində baş tutacağını gözləyir.

“Sentyabrda Hindistanda G20 toplantısı və Birləşmiş Ştatlarda BMT Baş Assambleyası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq”, - deyə R.T.Ərdoğan Macarıstandan qayıdarkən jurnalistlərə bildirib.

Qeyd olunub ki, V.Putin hələlik bu tədbirlərdə iştirakını təsdiqləməyib.

O əlavə edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Taxıl sazişi”ni şəxsən müzakirə etmək üçün yaxın vaxtlarda Rusiyaya səfər edə bilər. Lakin Türkiyə lideri konkret tarixləri açıqlamayıb.

Mənbə: TASS


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşünün Türkiyə ərazisində keçirilməsi ehtimalı azdır.

Bunu Türkiyə hökumətindəki mənbə bildirib.

“Hazırda deyə bilərik ki, belə bir sammitin Türkiyədə keçirilməsinə güman azdır və çətin ki, Türkiyə torpağında baş tuta. Səbəb və uyğun şərtlər olarsa, Ərdoğanın Rusiyaya səfər etməsi ehtimalı var. Amma hələlik bu məsələ ilə bağlı dəqiq qərar yoxdur. Bu, ehtimaldır”, - şəxs bildirib.

Hiç yorum yok:

Yorum Gönder

Pages