Pakistan mədəniyyəti və milli mətbəxinə həsr olunan festival keçirilir – FOTO



Bakıda Pakistan mədəniyyəti və milli mətbəxinə həsr olunan festival keçirilir.
Bakmiltv.info xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən Bilal Haye qeyd edib ki, Azərbaycanın Pakistana dəstəyi hər zaman hiss olunur və bu, çox xoş təəssürat yaradır.
Diplomat Azərbaycan xalqına və dövlətinə göstərilən diqqətə, qayğıya görə minnətdarlığını bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan və Pakistan arasında əlaqələr təkcə 31 illik tarixə malik deyil: "Xalqlarımız arasında əlaqələr uzaq keçmişdən indiyə qədər davam edir. İçərişəhərə gedəndə də orada xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin izlərini görmək olar.
Hacı Zeynalabdin Tağıyev Pakistandakı müsəlmanlara çox böyük yardım etdi, xalqımız bunu hər zaman yüksək qiymətləndirir.
Azərbaycan müstəqillik əldə edəndən sonra Pakistan bu müstəqilliyi tanıyan ilk dövlətlərdən oldu. Ölkələrimiz arasında münasibətlər təkcə siyasi müstəvidə deyil, xalqlarımızı eyni din birləşdirir. Həmçinin Azərbaycan və Pakistan mətbəxləri arasında da böyük oxşarlıqlar var. Xalqlarımızın bir-birinə daha da yaxınlaşması üçün ən müxtəlif tədbirlər və əsasən də mədəni tədbirlər xüsusi rola malikdir.
Ölkələrimizin təbiəti və relyefi də bir-birinə çox oxşayır. Qarabağ bölgəsinə nəzər salsaq görərik ki, eyni təbiət və relyef bizim ölkəmizdə də mövcuddur. Pakistanda da hündür dağlar, göllər, çaylar var.
Qarabağla Kəşmir bir-birinə çox oxşardır. Qarabağ bu gün azaddır və ümid edirəm ki, Kəşmir də işğalçılardan azad olacaq və azərbaycanlı qardaş - bacılarımız bizim sevincimizə şərik olacaqlar".
Turizm və Milli Mətbəxin İnkişafı İctimai Birliyinin həmtəsisçisi və sədri Fəxrəndə Həsənzadə tədbir barədə danışıb. O, tədbirin təşəbbüskarı olduğunu diqqətə çatdırıb və əlavə edib ki, festivalın keçirilməsi ənənə halını alıb.


Hiç yorum yok:

Yorum Gönder

Pages