Peşəkarlığı, humanistliyi, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş ehtiyatda olan Hikmət Məmmədovun avqust ayının 17 - də - yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan Mayor Hikmət Məmmədovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınlarıvə iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Hikmət qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Məmmədov Hikmət Nazim oğlu 1981-ci ilin avqust ayının 17 də Bakı şəhərdə zəhmətkeş ailədə
anadan olub.
O,1998 - ci ildə Bakı şəhər 226 saylı tam orta məktəbi, 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (ilkin ibtidai hərbi və fiziki hazırlıq təlim fakultəsini),
2005 -ci ilin avqust ayının 30- da Türkiyə Jandarma Qüvvələrinin Ankara şəhərində yerləşən hərbi məktəbində zabit heyətinin təhkimləşdirmə, 2006-cı ilin fevral ayının 6 - da isə Türkiyə Jandarma Qüvvələrinin İzmir (Foce) şəhərində yerləşən hərbi məktəbdə xüsusi təynatlı dəstələr ücün zabitlərin ixtisasartırma kurslarnı bitirib.
Mayor Hikmət Məmmədov 2003-2023-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xətai, Nərmanov və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə və ali hərbi məktəbdə taqım komandiri, tərbiyəvi işləri üzrə bölmədə zabit, tədris şöbəsinin planlaşdırma bölməsində zabit, hərbi - elmi şöbədə zabit, qərargah rəisinin şəxsi heyətin ucotu üzrə baş köməkçisi, Daxil Qoşunların Başİdarəsinin Kadırlar şöbəsində qeydiyyat bölməsinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Hikmət Nazim oğlu Məmmədov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olmuşdur..O, Daxili Qoşunların Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrdə keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Mayor Hikmət Məmmədov Qanunvericiliklə DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində və islah əmək- müəsisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali
hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə əlaçı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,
xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə mayor Hikmət Məmmədov oğlu aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95- illiyi (1918 -2013)” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə" 3 -cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal –Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Hərbi yoldaşları Hikmət Məmmədovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN HİKMƏT.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder