Mingəçevir Mərkəzi Kitabxanasının iki filial müdirini avtomobil vuraraq öldürüb - YENİLƏNİB + FOTO



Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

APA xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub.

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

APA-nın əldə etdiyi xəbərə görə, həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

17:04

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub.

Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib.

Araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages