Goranboyda qəza olub, xəsarət alanlar var - FOTO



Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetməni itirərək dərəyə aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages