Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan- yüksək intellektual səviyyəsi, idarəçilik qabiliyyəti, peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 27 ( iyrimi yeddi) ildən çox şərəfli xidmət yolunu Daxılı İşlər Nazirliyi Daxili Qoşunlarında, 11 (on bir) ilini isə Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi liseyində keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı-istefada olan polkovnik- leytenant Əlizadə Əli Səməd öğlunun aprel ayının 20- də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, Əli müəllimi belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,iş yoldaşları və onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Əli müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Əlizadə Əli Səməd oğlu 1957- ci ilın aprel ayının 20- də Gürcüstan Respublikasının Bolnis rayonunun Faxral kəndində kolxozçu ailəsində anadan olub.
1974-cü ildə Gürcüstan Respublikasının Bolnis rayonunun Faxralı kənd orta məktəbi 1975 - ci illərdə SSRİ Silahlı Qüvvələrində kiçik komandirlər məktəbi, 1978- ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Tiflis şəhərində yerləşən gizirlər məktəbi, 1985- ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların LKGİ –nin 60 illiyi adına Leninqrad ali hərbi siyasi məktəbi bitirib.
1975- 1977- ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə taqım komandirinin müavinini olub və 1977-ci ildə çavuş rütbəsində Silahlı Qüvvələrdən ehtiyata burxılıb.
1977-ci ildə Bakı şəhərində » Neft-Qaz » zavodunda operator kimi əmək fəaliyyətinə başlamışdır.
1978- 1988 - ci illərdə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən Konvoy- Mühafizə Alayında nəzarətçi, taborun komsomol bürosunun katibi, 1985- 1992 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların 69 - cu diviziyasının Rusiya Federasiyasının Mordova Muxtar Respublikasının Yavat şəhərində yerləşən briqadada böluk və tabor komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində işləyib.
1992- 1995 - ci illərdə Azərbaycan Respublikası Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xaçmaz rayonunda (Yalama qəsəbəsində) yerləşən hərbi hissəsinin ilk hərbi hissə komandiri olub.
1996- 2003 - cü ildə Azərbaycan Respublikasının Daxili işlər mazirliyi Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul, Nərimanov və Binəqədi rayonunlarında yerləşən hərbi hissələrində hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin mənəvi-pisxoloji hazırlığ şöbəsində isə baş zabit vəzifəsində Millətə, vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
Əli Əlizadə 2006- 2017 ci illərdə Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi liseyində tərbiyəci- baş müəllim vəzifəsində işləyib.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin,islah-əmək müəsissələrin,Daxili İşlər Nazirliyin və Daxili Qoşunların inzibatı binalarının,təchizat anbarlarının mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərasizləşdirilməsində ,qəzalar,yanğınlar,bəbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin plunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Əli Əlizadə Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Əli Səməd oğlu Əlizadə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, alı hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə,bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidməti vəzifə borclarını yerinə yetirərkən göstərdiyi rəşadətə, döyüş hazırlığı və döyüş xidməti göstəricilərə, Azərbaycan Dövləti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısında xidmətlərinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından, Daxili İşlər Nazirinin müvafiq əmri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı” medalı;
2. “Qüsursuz xidmətə görə”1-ci, 2-ci və 3- cü dərəcəli medallar ilə;
3.“SSRİ Silahlı Qüvvələrinin 70- illiyi (1918-1988)” yubiley medalı ilə;
4.“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” medalı ilə;
5. “Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ- nin 60 illiyi adına ali hərbi siyasi məktəbin isə 70 -illiyi yubiley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLİ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və nüharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder