Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların həyatında özünə məxsus xətmətləri olan, işgüzarlığı , yüksək intellektual səviyyəsi və idarəçilik təcrübəsi ilə seçilən, Alahın verdiyi şərəfli və mənalı ömrünün ən məhsuldar dövrünün 24 ildən çoxunu hərbi xidmətdə kecirmiş- ehtiyatda olan polkovnik- leytenant Hüseynov Əleyman Abdulxan oğlunun aprel ayının 18-də dünyaya göz acdığı Daha doğrusu 55 illik yubiley günüdür
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan polkovnik- leytenant Hüseynov Əleyman Abdulxan oğlunu doğum (yubiley) günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri,doğmaları və iş yoldaşları,
səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Əleyman qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Hüseynov Əleyman Abdulxan oğlu 1970 -ci ildə aprel ayının 18- də Azərbaycan respublikasının Cəbrayıl rayonun Dağ Xələfli kəndində zəhmətkeş bir ailədə anadan olub.
1987- ci ildə Cabrayıl rayonunun Dağ Xələfli kənd tam orta məktəbi («Əla» qiymətlərlə), 1996- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (Fərqlənmə diplomu), 1996 və 2000-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi hissədə və təlim-tədris mərməzində zabitlərin ixtisas artırma və böluk komandiri, 2013-2014 -cü illərdə isə Cin Xalq Respublikasının Quru Qoşunlarının Hərbi Akademiyasında hərbi hissənin qərargah rəisi kurslarını bitrib.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, nümnəvi- göstərici məşğələlərdə,hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
Əleyman Hüseynov 1988- 1990 cı illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların Moskva və Sankt- Peterburq (Leninqrad) şəhərində yerləşən hərbi hissələr birində müddətli həqiqi hərbi xidmətə olub.
1996- 2018 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Zakatala Cəlabad, Xətai rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrdə və ayrıca yerləşən əlahiddə bölmələrdə taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri, ayrıca yerləşən əlahiddə böluk komandiri, ayrıca yerləşən əlahiddə tabor komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissənin qəragah rəsinin döyüş təlimi üzrə müavini vəzifələrində Millətə, vətənə dövlətə və xalqa sədaqətlə. xidmət edib. Hərbı hissə komandirinin 1-ci müavinini- qərargah rəisi vəzifəsini icra edib.Əleyman Hüseynov hal- hazırda Cabrayıi rayonun 4 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində işləyir.
Əleyman Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzacəkmə.müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, pul mükafatları ilə, bir çox fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
“ Qusrsuz xidmə görə” 1-ci ,2 -ci və 3- cü dərəcəli medallar ilə;.
“ Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli medallar ilə;
3.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), 90 illiyi ( 1918-2008) və 95 -illiyi (1918-2013)” yubiley medaları ilə.
Polkovnik- leytenant Hüseynov Əleyman Abdulxan oğlunun Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səmərəli fəaliyyəti həmişə lazımnca qiymətləndirlib. O, İctimai asayişin qorunmasında və təmin edilməsində,cinayətətgarlığa qarşı mübarizədə, xidməti vəzifələrinin yerinə yetirilməsində fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezıdentının müvafiq sərəncamı ilə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif edilib.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, ƏLEYMAN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder