İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bələ insanlardan biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı,
humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və vətənpərvərliyi ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 24 ildən çoxnu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı - istefada olan polkovnik leytenant Rzayev Zaur Mirzə oğludur. Aprel ayının 24 də onun dünyaya göz acdığı gündür.
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan polkovnik -leytenant Rzayev Zaur Mirzə oğlunu doğum günü munasbətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri ,doğmaları,əzizləri,yaxınları, döyüşcü və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Zaur qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Rzayev Zaur Mirzə oğlu 1963 -cü ilin aprel ayının 24 -də Bakı şəhərində Polis ailəsində anadan olub.Atası Polis mayoru Mirzə Rzayev uzun illər Daxili işlər orqanlarında xidmət edib.
Zaur Rzayev 1978 -ci ildə Bakı şəhərində 9 nömrəli orta məktəbi, 1980-ci ildə Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski Adına Hərbi Liseyi, 1984-cü ildə isə Bakı Ali Hərbi Komandirlər məktəbini bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxil Qoşunların Baş İdarəsinində və hərbi hissələrdə keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq kurslarda, treninqlərdə, hərbi və xüsusi -taktiki təlimlərdə, nümunəvi- köstərici məşğələlərdə ,seminar və konfranslarda fəal iştirak edib.
1984- 1988-ci illərdə Bakı Ali Hərbi Komandirlər məktəbində tədris taqım komandiri, 1988- 1991- ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon hərbi komisarın müavini vəzifələrində işləyib
1992 - 2002 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Şirvan (Əlibayramlı ) şəhərində, Xaçmaz rayonun Yalama qəsəbəsində, Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrdə Nizami hissə rəisi, tabor qərargahnın rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavinini - qərargah rəisi ,Daxili Qoşunların Baş idarəsinin Təşkilat Komplektləşdirmə şöbəsində isə baş zabit vəzifələrində Millətə, vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Zaur Rzayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili Qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə, vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifə və tapştıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə hallar, fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə Zaur Rzayev SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından SSRİ Müdafiə Nazirinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Qüsursuz xidmətə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli, “SSRİ Silahll Qüvvələrinin 70 illiyi (1918-1988)” , “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin isə 10 -illyi (1991-2001)”yubiley medalları ilə təltif edilib
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder