Roma Papasının dəfn tarixi açıqlandı



Papa Fransisk şənbə günü, aprelin 26-da dəfn ediləcək.

Bakmiltv.info xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat verib.

"26 aprel 2025-ci il şənbə günü, saat 10:00-da (Bakı vaxtı ilə 12:00 - red.) Papa Fransisk üçün Müqəddəs Pyotr kilsəsinin qarşısında dəfn mərasimi keçiriləcək. Sonra Roma Papasının cənazəsi Santa-Mariya-Maggiore bazilikasına aparılacaq", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages