Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabı açılıb



Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Azərbaycanda xatirə kitabı açılıb.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının İdarəsindən Bakmiltv.info-ya bildirilib ki, xatirə kitabı Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində açılıb.

"Başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-na qədər (26-sı da daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.

24 aprel saat 19:00-da Müqəddəs Məryəm kilsəsində mərhum Papa Fransiskin ruhuna xüsusi ayin (messa) keçiriləcək. Ayinə Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete başçılıq edəcək", - məlumatda qeyd olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages