Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə
aprel ayının 30 -u, saat 14:00-da Gəncliyə Yardım Fondunda milli mənəvi dəyərlərimizdən bəhs edən, "Elm və təhsil" nəşriyyatında yenicə işıq üzü görmüş "Babamın papağı, nənəmin kəlağayısı" kitabının təqdimatı və milli üslubda qədimi, həm də müasir baş geyimləri və örtüklərinin sərgisi keçiriləcək .
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin
təşəbbüsü və dəstəyi ilə çap olunan növbəti kitabımız söz
adamlarının ulu Türk xanımlarının yaraşığına yaraşıq verən yeni yazılmış ədəbiyyat nümünələri ilə paralel, qorxmazlığı, cəsarəti tarixlərə səs salan, imperiyalar yaradan
qəhrəmanlıq səhifələri yazan Türk kişisinin milli baş geyimi papağı tərənnüm edən şeirlər milli mənəvi dəyərləri
mizin yaşadığını və yaşayacağının təsdiqidir.
Tədbirdə kitabda imzası olan şair və yazıçılar, KİV nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak edəcək.
Könlü istəyən hər kəs iştirak edə bilər.
Dəvətlidiniz, dostlar!
Ünvan: Gəncliyə Yardım Fondu, Cəfərov qardaşları küçəsi, 16
Hörmətlə: Güllü Eldar qızı Alıyeva, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru
Hiç yorum yok:
Yorum Gönder