Bakmiltv.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə verilmiş ittiham dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.
Hökmə əsasən Svetliçnıy İvan Nikolayeviç 16 il 1 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilirdi.
Hiç yorum yok:
Yorum Gönder