İlaxır çərşənbədə tonqal səbəbindən baş verən yanğınların sayı məlum olub.
Fövqəladə Hallar Nazirliyindən Bakmiltv.info-nın sorğusuna cavab olaraq bildirilib ki, İlaxır çərşənbədə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində baş vermis yanğınların söndürülməsi məqsədilə nazirliyin aidiyyəti qurumları tərəfindən 19 yanğına çıxış olub.
"Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar böyük fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda əlavə olunub.
Hiç yorum yok:
Yorum Gönder