Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,işgüzarlığı,sadəliyi,təmkinliyi,dəqiqliyi, vətənpərvərliyi, səmərəli fəaliyyəti,intellektual səviyəsi, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü DİN-in Daxili Qoşunlarda keçirmiş - ehtiyatda olan polkovnik leytenat Fariz Mirzağa oğlu Fərəcovun fevral ayının 1-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alınıaçıq və üzüağ çıxan Fariz Mirzağa oğlu Fərəcovu belə bir əlamətdar gün münasibətilə DİJ-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,əzizləri,dostları,tələbə və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı arzu edib deyirlər,Fariz qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin.
Polkovnik- leytenat Fərəcov Fariz Mirzağa oğlu 1982-ci ilin fevral ayının 1-də Lənkəran şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1997-ci ildə Lənkəran şəhərində 2 nömrəli orta məktəbin 9-cu sinfini,1999 - cu ildə Cəmşid Naxçıvans ki adına Hərbi Liseyi,2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbi, 2004 - cü ildə DİN-in Daxili Qoşunlarn Baş İdarəsinin Xəzər rayonunda yerlşən hərbi məktəbdə zabit heyətinin ixtisas artlrma, 2007- ci illərdə Türkiyənin Ankara şəhərində Jandarma Okullarında İngilis dili, Macarıstanın Budapeşt şəhərində “Kütlələrin idarə olunması”,2010-cı ildə Türkiyənin Ankara şəhərində Jandarma Okullarında Öyrətmə texnikaları,
2011-ci ildə Almaniyanın Münhen şəhərində Oberammerqauda yerləşən NATO schoolda "Zabit kadrlarının orientasiyası”,2011 -ci ildə Macarıstanın Budapeşt şəhərində Zrinyi Miklos adına Milli Müdafiə universitetində "Qərargah zabitlərinin hərbi terminolojiya”,2013 -cü ildə Türkiyənin Ankara şəhərində "Silahlı münaqişələr qanunu”, 2016- cı ildə isə Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbində Müəllimlərin Təkmilləşdirmə kurslarını bitirib.
2003-2005-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə taqım komandiri, 2005-2008- ci illərdə bölük komandirinin müavini,2008-2011-ci illərdə bölük komandiri, 2011-2012- ci illərdə tabor komandirinin müavini-qərargah rəisi, 2012-2013-illərdə tabor komandiri, 2013-2015-ci illərdə dəstə komandiri, 2015-2019-cu illərdə Daxili Qoşunların Ali Hərbi məktəbində Daxili Qoşunların taktiki hazırlığı fənni üzrə müəllim, 2019-2021-ci illərdə isə Daxili Qoşunların Bərdə rayonunda yerləşən hərbi hissəsində hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Polkovnik- leytenat Fariz Mirzağa oğlu Fərəcov Azərbaycan Respublikası Konustitusiyasına və qanunlarına, Hərbi Andın,hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl ətməkdə tabeliyindəkilər üçün daimi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin, inzibatı binaların, Daxili İşlər Nazirliyinin və xidmət etdiyi hərbi hissənin maddi-texniki və hərbi təchizat anbarlarının mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,daxili işlər orqanları ilə birlikdə şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində post- patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında, habelə ictimai təhlükəsizliyin təmin edilməsində,cinayatkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında,qəzalar,bədbəxt hadissələr,yanğınlar, təbbi fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə Daxili İşlər Nazirinin Daxili Qoşunlar Komandanın,onun müavinlərinin, Heydər Əliyev adına və Daxili Qoşunların Ali Hərbi məktəb rəislərinin, Cəmşid Naxcvanski adında Hərbi Lisey rəisinin,hərbi hissə komandirininn müvafiq əmirləri əla xidmətlərə görə əlacı,yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla,diplomlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”yubiley medalı ilə.
Doğum günün mübarək olsun Fariz!
100 (yüz) yaşa sağlam yaşa.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder