Təbrik:Polkovnink leytenat İlqar Nəsibov- 52



    İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi təcavüzkarlığı,sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, bədən tərbiyəsində  və idman  sahəsində qazandığı uğur və naliyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Ölkə və Avropa çempionu,  SSRİ İdman Ustası ehtiyatda olan polkovnik — leytenant  Nəsibov İlqar Fariz oğlunun mart ayının 6 -da dünyaya göz acdığı  gündür.

     

Daxili Qoşunların ehtiyatda  və istefada olan zabitləri,doğmaları,əzizləri və iş yoldaşları- ehtiyatda olan polkovnik leytenant Nəsibov İlqar Fariz oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir ona həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu

  edib deyirlər,  İlqar qoy yaşının üstə gələn bu yaş  da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 



     Polkovnik leytenant Nəsibov İlqar Fariz oğlu 6 mart  1972- ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun  Həsənsu kəndində ziyalı ailəsində anadan olub.


    1988- ci ildə Nərimanov rayonunun 212 saylı tam orta məktəbini, 1994- cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində  və Din-in İdman cəmiyyətində keçirilən  bir çox metodiki -təlim toplanışlarda,hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

    «Hərbi Xidmətikeçmə Haqqında» Əsasnamənin müvafiq madəsinə əsasən 1993 -cü ildə Müdafiə Nazirinin əmri ilə Nəsibov İlqar Fariz oğluna ilkin leytenant hərbi rütbəsi verilib.

     İlqar Fariz oğlu Nəsibov  1994- 2015 -ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində,  Füzuli, Xaçmaz rayonlarında  ( Yalama qəsəbəsində)   yerləşən hərbi hissələrində hərbi hisənin Fiziki hazırlıq və İdman rəisi,   Xəzər rayonunda yerləşən   Ali hərbi Məktəbdə Fiziki hazırlıq  və idman kafedrasının rəis müavini və rəisi ,Daxili Qoşunların Baş idarəsinin Qərgahında isə  Kəşfiyyat şöbəsinin baş zabiti vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət edib.

      Nəsibov İlqar Fariz oğlu 1976- 1994-cü ilərdə DİN-in (Dinamo) idman cəmiyyətində yunan roma güləşi üzrə məşğul olub. O, 4 dəfə Ölkə, 5 dəfə SSRİ,  1 dəfə Avropa , 3 dəfə  Beynəlxalq, dəfələrlə isə Daxili İşlər Nazirliyinin və Daxili Qosunlar Baş idarəsinin təşkil etdiyi yarışların qalibi və mükafatçısı olub.


    O, DİN- in (Dinamo) idman cəmiyyətində idmanla məşğul olduğu illərdə  Azərbaycan və SSRİ,   Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində xidmət etdiyi illər ərzində  isə DİN -in və Daxili Qoşunların Bas İdarəsinin yığma komandalarının  tərkibində olub.

     Daxili İşlər Orqanları və Daxili Qoşunların Bas İdarəsinin  hərbi hissələri və əlahiddə bölmələri  arasında bir çox idman üzrə hər il keçirilən yarışlarda  Daxili Qoşunların Baş İdarəsinin və xidmət etdiyi hərbi hissənin  yığma komandasınin iştirakını təmin etmək  üçün polkovnik- leytenant Nəsibov İlqar Fariz oğlu hazırladığı komanda  dəfələrlə birinci yerin qalibi və mükafatçısı olmuşdur.

 İlqar Nəsibov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin,  hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

  Qanunvericiliklə müəyyən  olunmuş  qaydada Daxili Qoşunlara  həvalə  olunmuş  vəzifə və tapşırıqların  yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi  tədbirlərin keçirilmə yerlərində    ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş  qəzaların, yanğınların,  bədbəxt  hadisələrin və  təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.


    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,idman sahəsində, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley  döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz xidmə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin» isə 10-illiyi , 90-illiyi  və 95-iliyi yubley  medallarl ilə təltif olunub.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İLQAR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan Respublikasının Silahlı  Qüvvələri və  Müharibə  Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages