Təbrik: Polkovnik leytenat Elnur Tarışov



İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür . Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti  və vətənpərvərliyi  ilə seçilən,

ehtiyatda olan  polkovnik leytenat  Tarışov Elnur Aydın oğludur.  Mart ayının  23- daə onun dünyaya göz acdığı.gündür.


Daimi həyatın bütün cətinliklərindən  alnıaçıq  və üzüağ çıxan,  ehtiyatda olan  polkovnik leytenat   Tarışov Elnur Aydın oğlunu  doğum günü münasibətilə   Daxili işlər nazirliyi Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri,  iş   yoldaşları, səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,  Elnur qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Tarışov   Elnur Aydın oğlu  1978-ci ilin  mart   ayının   23  - də   Naxcvan Muxtar Respubilkasının Şahbuz rayonun Kükü kəndində  zəhmətkeş ailədə  anadan olub .

1995- ci ildə  Şahbuz rayonun  Kükü kənd   orta məktəbi, 1999- cü ildə  Naxcvan   Dövlət Universitetini  bitirib.  Elnur Tarışov  Daxili işlər nazirliyi  Daxili Qoşunlarda   xidmət etdiyi illər ərzində    Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda  yerləşən   təlim -tədris mərkəzində  və Türkiyə  Jandarma  Qüvvələrinin  Anqara şəhərində yerləşən  hərbi məktəblərində müvafiq   ixtisasartırma kurslarda olub,   bir çox təlim- metodiki toplanışlarda, hərbi  və xüsusi taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

   2001- 2021 -cu illərdə  Daxili işlər nazirliyi   Daxili Qoşunların Baş  İdarəsininn Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissədə müxtəlif vəzifələrdə   Milətə, Dövlətə Vətənə və Xalqa sədaqətlə xidmət edib. Elnur Tarışov 2021 -ci ildə  Din -in  Daxili Qoşunların Naxcıvan  şəhərində yerləşən  əlahiddə briqadanın ayrıca yerləşən  əməliyyat taborundan   ehtiyata buraxıldıqdan sonra  Naxcvan Təhsil Nazirliyin Hüseyin Cavid adına 5 nömrəli tam orta məktəbdə  hərbi rəhbər vəzifəsində işləyir.


Müstəqil Azərbaycan Daxili işlər nazirliyi Daxili Qoşunlarında  polkovnik leytenat  Elnur Tarışov   xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə,  Hərbi Andin, hərbi və daxili qoşunıarın döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə borclarının   icrasına məsuliyyətlə yanaşmış , qarşıya qoyulmuş xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.

Qanunvericiliklə  müəyyən olunmuş qayda da Daxili Qoşunlara həvalə  olunmuş vəzifə və tapşırıqların  yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi   iğtişaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və fövqaləda  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerinə yetirmişdir.

Polkovnik leytenat Tarışov Elnur Aydın oğlu   Din-in  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə,  oxuduğu orta  və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə,dost -tanış, qohum əqraba  arasında özünə layiq hörmət qazanmışdır.

Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində   yüksək göstəricilərə nail olduğuna və digər xidmətlərinə görə  Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər  nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif  edilib:

1.“Qüsursuz xidmə görə”  1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;

2. “Azərbaycan Respubikasının Silahlı Qüvvələrinin” 90-illiyi (1918-2008) və 95 -illiyi (1918-2013)” yubiley  medallar ilə.


Döyüş hazırlığındakı  əla göstəricilərə,  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Daxili işlər Nazirinin,   Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və  yubiley  döş nisanları ilə, bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respubilkası  Daxili işlər nazirliyi  Daxili Qoşunların yaranmasının  26-cı  ildönümü  əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olinmasında iştirak etdiyinə, döyüş zamanı iğidlik  göstərdiyinə,  öz xidmət vəzifələri və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, respubilkada əmin -amanlığın təmin edilməsində,asayişin qorunmasında  xidmətlərinə     görə  Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018 -ci tarixli  sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.  


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELNUER!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages