Şəhid Ceyhun Mustafazadə yaşasaydı 27 yaşı tamam oldu.




Bakmiltv.info və Şəhid Ceyhun Mustafazadə adına hərbi hərbi Vətənpərvərlər ictimai birliyinin  kolektivi Şəhidi Ceyhun Mustafazadənin atası Şükür Adilova və yaxınlarına dərin hüzürlr baş sağlığı veririk!!! Allah rəhmət eləsin


Ceyhun Mustafazadə 27 yanvar 1997-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulub. 
O Xocalı rayon sakini, Birinci Qarabağ müharibəsi veteranı Adilov Şükür Mustafa oğlunun ailəsində dünyaya gəlmişdi. 
Ailə 3 qardaş olublar.
 Ceyhun ailənin ən kiçik övladı idi.
 Subay idi.


Ceyhun, orta təhsilini Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbdə almış, təhsilini Ağcabədi Pedaqoji Kollecinin, Texnologiya müəllimliyi ixtisası üzrə davam etdirmişdir.
2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini kəşfiyatçı kimi davam etdirib. Naxçıvanda Günnütün alınmasında cəsur döyüşçü kimi vuruşan Ceyhun, Vətən müharibəsinin də iştirakçısı oldu. 
Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Ceyhun Mustafazadə ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.

Hiç yorum yok:

Yorum Gönder

Pages