Səfirliyimizə hücumdan bir il ötdü: Kim nə qazandı, nə itirdi?

Səfirliyimizə hücumdan bir il ötdü: Kim nə qazandı, nə itirdi?

Səfirliyimizə hücumdan bir il ötdü: Kim nə qazandı, nə itirdi?

Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür.

2023-ci ilin yanvarın 27-də Azərbaycan Respublikasının Tehranda səfiriyinə silahlı hücum edilib. 

Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. 

Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır.

Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb olunmuşdur. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılmışdır.

Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamış və hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının evakuasiya ediləcəyini açıqlamışdır. 30 yanvarda səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilmiş və səfirliyin fəaliyyəti dayandırılmışdır.

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi İrandakı səfirliyə hücumla bağlı növbəti dəfə bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, son bir il ərzində hər iki tərəf məsələ ilə bağlı müvafiq addımlar atıb:

“Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilib, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılıb”.

Nazirlik, həmçinin Azərbaycan səfirliyində terror aktı törədən şəxsin məhkəməsinin bu gün başladığını açıqlayıb.

Terror aktından sonra Azərbaycan-İran münasibətlərində müəyyən müddət ərzində kəskin gərginlik müşahidə edilsə də, sonradan hər iki tərəfin rəsmiləri müxtəlif kanallar vasitəsilə təmaslar qurmaqla, o cümlədən bir masa arxasında oturub danışıqlar aparmaqla münasibətlərdəki gərginliyin qarşısını ala bildilər.

Xatırladaq ki, 2023-ci ilin oktyabrın 6-da Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran ərazisizindən keçəcək Azərbaycanın Zəngilan rayonunuNaxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni dəhlizin yaranması barədə saziş imzalanıb.

Maraqlıdır, Azərbaycan və İranın dövlət rəsmilərinin birgə addımları nəticəsində ikitərəfli münasibətlərdə normallaşma mühiti tam olaraq öz əksini tapıb? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycan-İran münasibətlərində tam normallaşma müşahidə olunmur:

"Azərbaycan Respublikasının Tehranda səfirliyinə terror hücumu iki ölkə arasında münasibətlərin gərginləşdiyə dövrə təsadüf edib. Məhz həmin terror aktından əvvəl İranın dövlət rəsmiləri və din xadimləri Azərbaycan əleyhinə davamlı olaraq bəyanatlar səsləndirirdilər.

İran televiziyalarında anti-Azərbaycan kampaniyası aprılırdı. Bundan sonra isə Azərbaycan Respublikasının Tehranda səfirliyində terror aktı törədildi. Bu da ikitərəfli münasibətlərdə gərginliyin pik nöqtəyə gəlməsinə səbəb oldu. Amma münasibətlərdə kəskin gərginləşmə qısa müddət ərzində müşahidə edildi.

Sonra ikitərəfli münasibətlərdə proseslər tədricən yumşalmağa doğru getdi. Xüsusilə, İran tərəfi davamlı təzyiqlərin heç bir nəticə verməyəcəyini anladı. Azərbaycan tərəfinin qarşılıqlı adevkat addımları bu məsələdə mühüm rol oynadı. Bu onunla nəticələndi ki, psixoloji xəstənaxanaya yerləşdirilən terrorçu barəsində cinayət işi açıldı.

Bildirim ki, əgər bu gün qədər Azərbaycanın Tehranda səfirliyinin fəaliyyəti bərpa olunmayıbsa, bu, onu deməyə əsas verir ki, Azərbaycan ilə İran arasında münasibətlər istənilən səviyyədə normallaşmayıb. Düzdür, münasibətlərdə müəyyən yumşalmallar müşahidə olunur. Hətta keçən ilin oktyabrında rəsmi Bakı ilə Tehran arasında yeni dəhlizin yaradılması ilə bağlı saziş də imzalandı. Amma bütün bunlar tam yetərli deyil. 

Azərbaycan dəfələrlə bildirib ki, İranda anti-Azərbaycan kampaniyası davam edəcəyi təqdirdə Azərbaycan Respublikasının Tehranda səfirliyinin fəaliyyəti bərpa olunmayacaq. Səfirlik qeyri-müəyyən müddətə qədər bağlı qalacaq. 

Eyni zamanda İranın təhlükəsizlik orqanları Azərbaycan diplomatlarının güvənliyinə və təhlükəsizliyinə zəmanət verməlidir ki, onlara qarşı növbəti dəfə terror aktı baş verməsin. Ümid edirəm ki, Azərbaycan ilə İran arasında münasibətlər daha da normallaşmağa doğru gedəcək". 

Hiç yorum yok:

Yorum Gönder

Pages