Hər kəs həyatda ötən ömur paynı yaşayır.Xoşbəx o insandır ki, adı ünvanı, el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el sevgisi qazanır, xalqın,işlədiyi kollektivin istəklisinə çevrilir, hamı böyüklü- kiçikli xətir hörmətini saxlayır.
Həmin insanların ömrürlərindən coxlarının ömürünə işiq düşür.Birdə ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlarıda xidmətə yönəldilir, bəşəriyyətə,ailəyə, cəmiyyətə xidmət edir. Belə ömür yaşayan insanlardan biridə, Daxili işlər nazirliyi Daxili Qoşunlarında öz – dəsti xətti olan, dərin zəkası,gözəl nitq qabiliyyəti,peşəkarlığı, humanistliyi, sadəliyi,səmiyyəti, dəqiqliyi, təmkinliyi və vətənpərvərliyi ilə seçilən, müharibə veteranı- Müsayev Lətif Qara oğludur.Dekabr ayının 6- da onun dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün çətinliklərindən alınıaçıq və üzüağ çıxan, müharibə veteranı Musayev Lətif Qara oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Lətif qoy
yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin .
Bu gün əsli vətəndaşlıq mövqeyi ilə seçilən, müharibə veteranı Мusayev Lətif Qara oğlu 1966- cı ilin deкabr ayının 6 -da Tovuz rayonun Qəribili kəndində zəhmətkeş ailədə anadan olub.
1983-ci ildə, Tovuz rayonun Qəribili kənd orta məktəbi, 1993 - cü ildə Azərbaycan İnşaat- Mühəndislər İnstitutunu bitirib.O, Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən, bir cox təlim-metodiki toplanışlarda, xüsusi taktiki təlimlərdə, nümnəvi- göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
İşgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli olan, Lətif 1984 -1986-ci illərdə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunlarının Komsomolsk-on- Amur və Xabarovsk diyarında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1992- 1998 ci- illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Xəzər rayonunda yerləşən əlahiddə tədris taborunda qərargah rəisinin kadırlar və şəxsi heyətin qeydiyyatı üzrə baş köməkçisi, Daxili Qoşunların Bas İdarəsinin məxfi söbəsində şöbə rəisinin müavini, Daxili Qoşunların Baş İdarəsinin məxfi kərküzarlıq bölmə rəsinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Hər kəsi özündən incitməyən,xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq, yoldaşlıq münasibətləri yaradan Lətif Qara oğlu Musayev Daxili işlər nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra Özəl müəsisələrdə işləyir.
O,Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, özünü qoruxmaz, saxavətli,əliaçıq, zəhmətkeş hərbi qulluqcu kimi göstərmişdir.
Lətif Musayev orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsədə xidmət etdiyi və işlədiyi mühütdə,isərsədə dost- tanış, qohum- əqraba, qonşu arasında daımı öünə layiq hörmət qazanmışdır.
Yorulmaz, xeyirhax, təşkilatcı və qayğıkeş insan Lətif Musayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində ) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi, işlədiyi iş və döyüşcu yoldaşlarına isti münasibəti olan Musayev Lətif Qara oğlu Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin,əmir və sərancamlarının yerinə yetirilməsi işində bir cox hərbi qulluqçular ücün daimi şəxsi nümnə olmuşdur.
Harada hansı vəzifədə çalışmasından asılı olmayaraq , kollektivin daimi rəğbətini qazanmış Lətif Qara oğlu Daxili Qoşunlarda xidmət etdiyi ilər ərzində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Nəcib davranışa və yüksək mədəniyyətə malik olan Musayev Lətuf Qara oğlu Hərbi xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Daxili İşlər nazirinin, Daxli Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edlib.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN LƏTİF !
100 YAŞA,SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder