Avropa Oyunlarının qalibi: “Sübut etdim ki, italiyalı idmançıdan daha güclüyəm”



“Sübut etdim ki italiyalı idmançıdan daha güclüyəm. Avropa çempionatında hakimlər qələbəni ona vermişdilər və mən finalda məğlub olmuşdum”.

Bunu “Report”a açıqlamasında Avropa Oyunlarında qızıl medal qazanmış kikboksçu Fərid Ağamoğlanov deyib.

Full-kontakt növündə 63,5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontanaya qalib gəlib.

F.Ağamoğlanov qeyd edib ki, yarışa uzun müddət hazırlaşıb:

“Əsas da Damiano ilə görüşü xüsusi gözləyirdim. Sevinirəm ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qalib ölkənin qalib əsgəri kimi bu gün də qələbə qazandım və bayrağımızı yüksəklərə qaldırdım”.

Kikboksçu yekunda Polşada onu tək qoymayan azərbaycanlı idmansevərlərə təşəkkürlərini çatdırıb:

“Qələbə və azarkeşlərin dəstəyi sayəsində möhtəşəm təəssüratlarım var. Hər kəsi, bütün Azərbaycan xalqını təbrik edirəm”.

Hiç yorum yok:

Yorum Gönder

Pages