Təbrik: Mülkadar Gözəlov -58



     

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında öz dəst-xətti  olan yüksək peşəkarlığı, humanistliyi, dərin zəkası və gözəl nitq qabiliyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən ömrünün ən məhsuldar

dövrünü hərbi xidmətdə keçirmiş müharibə veteranmız- istefada olan mayor Mülkədar Gözəlovun İyul ayının  1 -də 58 yaşı tamam olur.

      

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı  - istefada olan  mayor Mülkədar Gözəlovu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin  rəhbərliyi, Daxili Qoşunlarən hərbi vəzifəliləri, doğmaları, iş  və döyüşcü  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər  Mülkədar qoy yaşının üstə gələn bu yaş sizə sevincdolu illər bəxş etsin, hər yeni günün  isə  səni,  istəklərinə  qovuşduraraq daha da xoşbəxt etsin.

       Müharibə veteranı- istefada  olan  mayor Gözəlov Mülkədar Ağabəy oğlu  1965 - ci ilın iyul ayının  1 -də  Azərbaycan Respublikasının İmişli  rayonunun Sərxanlı kəndində zəhmətkeş ailədə anadan olub.

      

1982 -ci ildə  İmişli rayonun Təhsil İdarəsinin  Sərxanlı kənd orta məktəbi,  1988 - ci ildə  Gəncə Kənd Təsərrüfatı  İnstitutunu , 1991 -ci ildə Zabitlərin  İxtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda , xüsusi-  taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.


1988-1992 -ci illərdə  İmişli rayonunda Oqronom vəzifələrində işləyib.

     1993- 1999 -cu illərdə  Daxili Qoşunların Döyüş bölgələrində və Bakı şəhərlərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə,  Daxili Qoşunların Baş İdarəsinin  Doyuş Hazırlığı İdarəsinin Kimya xidmətində baş zabit,2000 - 2014 -cü ilərdə isə Daxili 

Qoşunların  Baş İdarəsinin Qərargahının  Növbətiçi xidmətində və Kimya  şöbəsində baş zabit vəzifələrində  Vətənə və xalqa sədaqətlə xidmət edib

     Mülkədar Gözəlov  2015- 2021 - ci illərdə  Sənaye və  İnnovasiya üzrə Bakı şəhər peşə təhsil mərkəzində  hərbi rəhbər- müəllim vəzifəsində işləyib.

      Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,  fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, bədbəxt hadisələrin, yanğınların və  təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

     

 O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

      

Mülkadar Gözəlov Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə  iştirak edib .Müharibə veteranıdır.

      

Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

      

Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı döş  və yubiley nişanları ilə, bir coz fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:


1."Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının  10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;

  

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918- 2008)”yubiley   medalı ilə;


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi (1918- 2013)” yubiley medalı ilə;

 4."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


5."Qüsursuz  xidmətə görə"2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,


6."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.


MÜLKƏDAR  58 YAŞIN MÜBARƏK!!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages