Şərəflə yaşanan ömür yolu: Alahverdi Hacıyev - 64



 Ömrünün önəmli  bir hissəsini Daxili İşlər orqanlarındada və  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmətə sərf edən müharibə veteranmız – istefada olan mayor Alahverdi Hacıyevin iyun    ayının 29 -də 64 yaşı tam oldu. Belə əlamətdar gün münasibətilə Alahverdi Hacıyevi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Daxili Qoşunların  hərbi vəzifəliləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda ən şirin nemət olan möhkəm cansağlığı arzu edib deyirlər,qoy gün o gün olsun ki, nəvə, nəticə toyunu görəsən.

Mayor Alahverdi Hacıyev  1959 – cu ilin iyun ayının 29 -da Azərbaycan Respublikasının Lənkaran rayonun Vilan kəndində  zəhmətkeş ailədə  anadan olub.

1976-cı ildə Lənkaran rayonun Vilan kənd orta məktəbi, 1980 -ci  ildə Bakı Politexnik Kolleci (Texnikumunu),  1982 -ci ildə Barnayul şəhərində  SSRİ Daxili İşlər  Nazirliyin kicik  rəis heyəti  hazırlayan xüsusi polis məktəbini,1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin  Orlovski  şəhərində yerləşən xüsusi dövlət yol milis məktəbini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki-təlim toplanışlarında, xüsusi taktiki təlimlərdə, komanda-qərargah məşğələlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1977-1979-ci illərdə Sovet ordusunun  Krasnoyarsk şəhərində yerləşən  hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1980-1981- ci illərdə Saratov və Barnaul şəhərlərində  avtomobil sahəsi üzrə təmir bazada və avtomobil zavodunda işləyib. 1980- 1992 -ci illərdə Daxili İşlər Nazirliyin Barnayul şəhərində və   Dağlıq  Altay şəhərinin Koşaqan rayonunda yerləşən milis şöbələrində  müxtəlif vəzifələrdə  calışıb.

Alahverdi Hacıyev1993 - 2002-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Füzuli və Xətai rayolarında yerləşən hərbi hissələrində  taqım və bölük komandiri, tabor komandirinin müavini, təhqiqatçı, hərbi hissə komandirinin hüquq işlər üzrə baş köməkçisi vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət edib

Hərbi və polis yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost-tanış, qohum-əqraba arasında özünə böyük hörmət qazanıb.

Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində   kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədəhallarzamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrininaradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 

O,Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamlarındəqiq və sözsüz yerinə yetirilməsi işində  bir cox hərbi qulluqculara daimi nümunə olmuşdur.

Mayor Alahverdi   Hacıyev Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında və Daxili işlər Orqanlarında xidmət etdiyi illər ərzində Vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, polis şöbəsinin rəsinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

O,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir


ALAHVERDİ  64 YAŞIN MÜBARƏK !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin  hüquqi məsələlər üzrə  müavini polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages