UEFA-dan Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım - FOTO



UEFA-nın sosial şəbəkə səhifəsindən Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edilib.

Paylaşımda turnirin finalında hansı komandaların üz-üzə gələcəyi açıqlanıb və oyun üçün uduşlu biletlərin anonsu verilib.

Paylaşımdakı fotoda “Real” və “İnter” komandalarının qarşılaşacağı göstərilib və fotoya “Finalçılar bəllidir və səhnə hazırdır” şərhi yazılıb. Halbuki, “İnter” ÇL-in finalına vəsiqə qazansa da, digər finalçı müəyyənləşməyib.

Tvit tezliklə hesabdan silinib. Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages