İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Belə insanlardan biri də
Daxili işlər Nazurliyinin və Ədiliyyə Nazirliyinin müvafiq strukturlarında öz dəst- xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən istefada olan mayor Salmanov Mais Suleyman oğludur. May ayının 21-də onun 69 yaşı tamam oldu.
Daim həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Mais müəllimi belə bir əlamətdar gün münasibətilə həmkarları, iş yoldaşları,doğmaları,dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər,Mais qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz, ötən günlərdən daha gözəl istəklərinizə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Zəhməti,bacarığı sayəsində əsl hörmətə və yüksək nufuza layıq olan Mais Suleymanov həyatının 31 ildən coxunu hərbi xidmətdə və hüquq mühafizə orqanlarında şərəflə kecirib.
Xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan Salmanov Mais Suleyman oğlu 1954- cü ilin may ayının 21 -də Gürcüstan Respubilkasının Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində anadan olub.
O,1971-ci Gürcüstan Respubilkası Bolnis rayonun Darvaz kənd orta məktəbi,1980-cı ildə isə Ufa şəhərində Daxili İşlər Nazirliyin milis məktəbini bitrib.
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış,vətənpərvər Mais Suleyman oğlu Salmanov 1971- 1973-cü illərdə Bolnis rayonun Darvaz kəndindəki Telman adına kolxozda işləmiş, 1973-1975 -cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.O,1975- 1978 cı illərdə Gürcüstan Respubilkasının Tiflis şəhərində yerləşən polis idarəsində polis nəfəri,1980- 1992-ci illərdə Daxili İşlər Nazirliyin Rustavi şəhərində yerləşən islah- əmək müəssisələrində dəstə rəisi, islah - əmək müəssisə rəisinin köməkcisi vəzifələrində işləyib.
1993- 2004-ci illərdə Azərbaycan Respubilkası Ədiliyyə Nazirliyinin islah-əmək müəssisələrində müəssisə rəisinin köməkcisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Mais Salmanov Daxili işlər orqanında və cəzaçəkmə müəssisələrində xidmət etdiyi illər ərzində post- patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, kütləvi tədbirlər kecirlərkən ictimai asayişin təmin olunmasında, yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, mühafizədən qacmış şəxslərin axtarılmasında və tutulmasında üzərinə düşən vəzifələri tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerinə yetirmişdir.
Torpağına,xalqına və doğmalarına bağlı gözəl insan Mais Salmanov daxili işlər orqanlarında və islah-əmək müəssisələrində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı zabit kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Mais müəllim, öz xidməti vəzifələrini, polis idarəsinin və iislah- əmək müəssisənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli,əliaçıq,vəfalı və zəhmətkeş zabit olub.
Əsil vətəndaşlıq mövqeyi ilə secilən ,ictimaiyyət
arasında öznə layıq hörmət qazanmış mayor Salmanov Mais Suleyman oğlu Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox iş yoldaşları
üçün nümunə olmuşdur.
İstefada olan Mayor Salmanov Mais Suleyman oğlu xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə bir sıra medallarla, əla xidmətlərə görə “əlacı” döş və yubiley nişanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb və ona təşəkkur elan edlib.
MAİS MÜƏLLİM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Dərin hörmətlə:polkonik
Musayev
Salman Calal Oğlu
Hiç yorum yok:
Yorum Gönder