Ömrünün önəmli bir hissəsini Daxili İşlər orqanlarındada və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmətə sərf edən Müharibə Veteranı istefada olan polkovnik- leytenat İsayev Mirzazaman Cabir oğlunun may ayının 18 -də 65 yaşı tam olub.Belə əlamətdar gün münasibətilə Mirzazaman İsayevi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda ən şirin nemət olan möhkəm cansağlığı arzu edib deyirlər,qoy gün o gün olsun ki, nəvə, nəticə toyunu görəsən.
Polkovnik -leytenant İsayev Mirzazaman Cabir oğlu 1958 - ci ilin may ayının 18 -də Azərbaycan Respublikasının Lerik rayonun Monidigah kəndində anadan olub.
1975-ci ildə Lerik rayonun Monidigah kənd orta məktəbi, 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən xüsusi milis məktəbini, 1991-ci ildə isə Barnaul Dövlət Universitetini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki-təlim toplanışlarında, xüsusi taktiki təlimlərdə, komanda-qərargah məşğələlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976-1978-ci illərdə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların Kazaxstan
Respublikasında yerləşən Diviziyanın hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1983- 1992 -ci illərdə Daxili İşlər Nazirliyin Barnaul şəhərində yerləşən polis şöbəsində və cəzacəkmə müəssisələrində sahə rəisi və əməliyyat müvəkkili calışıb.O,1993-2003-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Zaqatala, Nərmanov və Xəzər rayolarında yerləşən hərbi hissələrində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. Mirzazaman Cabir oğlu İsayev hal-hazırda Milli Avasiya Akademiyasında baş müəllim vəzifəsində çalışır.
Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost-tanış, qohum-əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədəhallarzamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrininaradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinədüşənvəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. O,Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamlarındəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara daimi nümunə olmuşdur.
Polkovnik-leytenant Mirzəzaman İsayev Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında, Daxili işlər Orqanlarında, İslah- Əmək Müəssisələrində, xidmət etdiyi, Milli AvasiyaAkademiyasında isə baş müəllim vəzifəsində işləyən illər ərzində Vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Daxili İşlər Nazirinin, Milli Avasiya Akademiyasının rektorunun, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, polis şöbəsinin rəsinin, hərbi hissə komandirinin, və islah-əmək(cəzaçəkmə)müəssisə rəisinin,Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon idarə rəisinin müvafiq əmrləri ilə Əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
O,Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Mirzəzaman İsayev 44 günlük Vətən Müharibəsində hərbi qulluqçulara dəstək olmaq üçün onların yanında olmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001)” yubiley medala;
2.”Qüsursuz xidmətə görə”2-ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə:
3.”Qüsursuz xidmətə förə 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
MİRZAZAMAN 65 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrininmüavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder