Şərəflə yaşanan ömür yolu: Aisə Balaməmmədova


   

İnsan üçün ən yadda qalan tarixlərdən  biri onun doğum günüdür. Yaşın üstə yaş gələndə  insan daha da kamilləşirsən. Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi, nəzəri və praktiki biliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, idarəclik qabiliyyəti ilə   seçilən Müharibə Veteranı istefada olan Mayor Aisə Balaməmmədovadır. Ömürün ən məhsuldar dövrünün hərbi xidmətdə keçirən istefada olan Mayor Aisə Balaməmmədovanın may ayının 11 də 68 yaşı tamam olub.

      Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan Mayor Aisə Balaməmmədovanın  68 yaşının tamam olması münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifələri, doğmaları, iş və döyüşcü yoldaşları   səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -- tükənməyən naliyyətlər arzu edib deyirlər, Aisə xanım qoy hər yeni yaşı ona sevincdolu illər  bəxş etsin, hər yeni günü isə onu istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.

    

Mayor Balaməmmmədova Aisə Əmrulla qızı 1955-ci ilin  may ayının 11- də Qaradağ rayonun Lökbatan qəsəbəsində anadan olub.

   

Bakı şəhərinin Qaradağ rayonun Lökbatan qəsəbəsində orta məktəbi, Bakı Poltexnik Texnikomunu, Lvov şəhər  Poltexnik İnstitutunu bitrib.

    

Aisə xanım1975 -1991-ci illərdə Bakı şəhərində  16 nömrəli Bağlı Topoqrafiya idarəsində müvafiq vəzifələrdə işləyib.

    

1992-2005 -ci illərdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi rayonunda yerləşən  hərbi hissəsində Qəragah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında  hərbi topoqrafiya bölməsinin rəisi, təşkilat komplektləşdirmə şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin silahlandırma xidmətində  baş zabit vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

    

Aisə Balaməmmmədova   Daxili Qoşunlarından ehtiyata buraxıldıqdan sonra uzun müddət  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR Təhlükəsizlik İdarəsində Müxtəlif vəzifələrdə işləyib.

   

O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluüculara daimi nümunə olmuşdur.

     Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində  baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

   

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi -  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin, hərbi hissə komandirinin  və xidmət rəisinin müvafiq əmrləri əla xudmətlərə görə əlacı və döş nişanları ilə, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     

Öz xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, Azərbaycan Reslubilkasının ərazi bütövlüyünün təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı  medallarla təltif edilib:


1.“Qusursuz xidmətlərə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 10  illiyi (1991-2001)” yubiley medala.

   

Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.



AD GÜNÜN MÜBARƏK OLSUN AİSƏ XANIM.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi  məsələlər üzrə müavini polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages