Şəhid könüllü Əliyev Saleh Namiq oğlu.



18. 08. 1992 -ci ildə Bakı şəhəri Sabuncu rayonu 2-ci Zabrat qəsəbəsi Ruslan Göyüşov küçəsi ev 5 mənzil 3-də anadan olmuşdur. 
182 nömrəli uşaq bağcasına bağçaya getmişdi. 
1998-ci ildə Milli qəhrəman Şəhid Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbin 1-ci sinifinə getmişdi. 
Məktəbdə cox tərbiyəli nizam intizama riyayət edən bir uşaq idi.
Müəllimləri ağız dolu Salehin təlim tərbiyəsindən danışırlar. 
İbtidai sinifi bitirəndə məktəbdə olan tədbirdə vaxt məhdudiyyəti olduğu üçün müəlliməsi ondan Bayraq şerini,Şəhidlərimizin ad soyadını soruşmamışdı diyə o səhnədən ağlaya-ağlaya düşdü və evə getmək istədiyini bildirdi.
 Bir necə şəkil çəkdirdik Saleh küskün şəkildə başını aşağı salmışdı.Buna sübut olaraq bir şəkildə göndərəcəm. Nəhayət Saleh 2007-ci ildə 9-illik təhsilini başa vurdu. 2010-cu ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul oldu.
Saleh oxuduğu zaman nə orta məktəbdən nə də Kollecdən müəllimlər tərəfindən heç bir şikayət gəlmədi.
Nəhayət 2014-cü ildə kolleci bitirdi. Elə həmin ilin yayında həqiqi hərbi xidmətə çağrıldı. Əsgəri xidmətini də çox gözəl başa vurdu. 
Komadirləri onun təlim tərbiyəsindən nizam intizamından gözəl xasiyyətnamə yazmışdılar. Saleh Qazax rayonunun Kəmərli kəndində hərbi xidmətini çəkmişdi.
 Əsgərlikdən gələndən sonra müəyyən işlərdə işləmişdi. 
Özünə məxsus gücü catan xeyriyyə işlər görmüşdü. 
Nəhayət pandemiya vaxtı işsiz qaldı. Dövlət ona 190 manat işsizlər üçün pul ayırmışdı. 
Həmin o pulun 90 manatını evə verirdi mən ondan soruşanda ki pulun qalanı hanı o mənə dedi ki ana bizdən də ehtiyacı olanlar var. 
O pulu həmin adamlara veridim. 2020 -ci il Tovuz döyüşlərindən yəni Genral Polad Həşimov şəhid olandan sonra o könüllü olaraq qeydiyyatdan keçib ancaq bizə bildirməyib. 
O öz dostlarına belə bir söz demişdi ermənilər bizim Genralımızı vurublar. Biz onun qisasını almalıyıq. 
Bizim bu torpaqın üstündə gəzməyə haqqımız yoxdu.
21/09/2020-ci ildə Salehi hərbi komisarlığa çağırdılar. 
Pirşüküldə yerləşən 877 hərbi hissədə təlimlərə başladı. 
Nəhayət müharibənin ilk günü 27 sentyabr 2020 -ci ildə müharibəyə qatılıb. Ancaq bizə müharibədə olduğunu demədi.
 Hər gün zəng  edəndə Pirşükürdəyəm deyirdi. 
Şəhid olmamışdan 3-4 gün qabaq mən ondan xaiş edib soruşdum. 
O mənə dedi bizi indi də Füzuliyə tlim üçün gətiriblər. 
Mən narahat oldum və ağladım. 
O məni sakitləşdirib dedi Ana narahat olma bizim yüz min təlim keçmiş ordumuz var. 
Biz heçnə bilmirik bizi döyüş  zonasına aparmazlar. 
Mən Salehin düzgün olduğuna görə ona inandım. Saleh 15. 10. 2020-ci ildə saat 13:15 -də mənə zəng etdi. Hər şeyin yaxşı olduğunu dedi.
Qələbə bizimdi dedi. Biz əslən Füzulidən olduğumuz üçün dedi ki az qalıb sizi Füzuliyə aparacam. 
Bir də mənə dedi ki axşam vaxtım olsa zəng edib atamla danışacam elə bu vaxt səs eşitdim mən bu səsi soruşdum. 
Saleh mənə dedi təlimdən gəlmişik boşluqdu. 
Uşaqlar bir-biri ilə zarafatlaşır və mən yenədə ona inandım sonra sağollaşdı. Sonra dostları ilə danışıb onlara deyib bu gün ən çətin döyüş günümüzdü. Bu günnən salamat çıxsaq qorxusu yoxdu. 
Cox təssüf ki Saleh həmin gün Şəhid oldu. Salehin döyüş yoldaşı Əli dedi. Döyüşlərin birində Saleh tək mühasirəyə düşdü. 
Saat yarımdan çox biz çalışdıq Salehi mühasirədən çıxara bilmədik. 
Bizə elə gəldiki Saleh şəhid olub. Ancaq bir neçə saatdan sonra Saleh neytraldan sürünə-sürünə özü gəldi və mənə dedi Əli mən şəhid olsam atamdan,anamdan mənə halalıq alarsan.
 Çünki mən icazəsiz gəlmişəm. 16/10/2020-ci ildə Şəhid Salehi bayrağa bükülmüş tabutda gətirdilər. 2-ci Zabrat qəsəbəsində Şəhidlər xiyabanında dəfn elədilər. 
Mən oğlumla qürür duyuram.
 Fəxr edirəm ki belə oğul böyütmüşəm. 
Vətən sağ olsun.

Hiç yorum yok:

Yorum Gönder

Pages