Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 18-21 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda iştirak edib.
Təmsilçimiz 3 döyüş keçirdərək Özgül Sebahattin, Gofurov Qahramon və finalda Türkiyə İdmançısı Sırma Ecvet üzərində qələbə qazanaraq çempion olub.
Qeyd edək ki, Eduard Məmmədov artıq 9 qat WAKO Dünya Kubokunun qalibidir.
Hiç yorum yok:
Yorum Gönder