Bakı Milli Televiziyasının xəbərinə əsasən, sarı-lacivərdli klubda yeni prezident seçkisi keçiriləcək.

Kadıköy klubunun başına 2018-ci ildə keçən Ali Koçun idarəsinə qarşı şiddətli etirazlar və narazılıq görünür. Qeyd edək ki, Ali Koç rəhbərliyi keçən 7 ildə sadəcə 1 dəfə Türkiyə Kubokunun sahibi ola bilib.

Seçimdə Ali Koçun rəqibi isə uğurlu iş adamı Sadettin Sarandır.

Qeyd edək ki, Fənərbaxça klubu 2014-cü ildən bəri çempionluğa həsrətdir və 2 prezident namizədi də seçim vədlərində ən qısa zamanda çempionluğu hədəflədiklərini bildiriblər.

İmza:Səid Bağırzadə