Ömrünü gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə Vətən təəssübü çəkən öğlanlardanda biridə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının sıralarında şərəfli döyüş və xidmət yolu keçmiş, unudulmaz polkovik  Rafail Ağayev idi.


Qeyd edək ki, yüksək təşkilatclıq  və idarəclik  bacarığı ilə seçilən Ağayev  Rafai  Balabəy oğlu Vətəni,millətini ürəkdən sevən bir xeyirxah insan  və  zəhmətkeş zabit idi.O,   1950 - ci ilin avqust  ayının 1-də Bakı şəhərində zəhmətkeş  bir ailədə anadan olmuş, 2012-ci ilin sentyabr ayının 3 - də isə (62 yaşında) Bakı şəhərində  vəfat etmişdir. 


Qohum-əqrəbanın, dost-tanışın, iş və döyüş yoldaşlarının yanında xüsusi hörmətini qazanan  Rafail Ağayev 1968- ci ildə orta məktəbi, 1997- ci ildə isə Baki Dölət Ünverstetini bitrmişdir

      

Rafail Ağayev 1968 - 1970 - ci  illərdə  Sovet ordusunun Ukrayna Respublikasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.


1974- 1977 -ci ilərdə Bakı şəhər 117 saylı tam orta məktəbdə müəllim işləmişdir.

    

 1977 -1991-ci ilərdə Daxili İşlər Nazirliyinin islah- əmək müəssisələrində dəstə rəisi və islah- əmək müəssisə rəisinin müavini vəzifələrində  calışmışdır. 


1992- 1999-ci illərdə, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Qaradağ rayonunda (Sahil qəsəbəsində) yerləşən hərbi hissədə (hərbi hospitalda), hərbi hissə komandirinin  (hərbı hospital  rəsinin) tərbiyəvi işləri üzrə müavinini vəzifəsində xidmət etmişdir.

    

Məhrum Rafail Ağayevn həyat yoldaşı Agayeva Gülmura İsa qızi 1994 - 2015-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hospitalında müvafiq vəzifələrdə xidmət edərək üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır

   

 Rafail Agayev Daxili İşlər Nazirliyinin islah- əmək müəssisələrində və Daxili Qosunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə  borcuna  əməl etməkdə şəxsən  tabeliyindəkilər  ücün nümunə olmuşdur.

   

Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Baş İdarəsinin Qaradağ rayonunda yerləşən  hərbi hissədə (hərbi hospitalda) hərbi hissə komandirinin tərbiyəvi  işləri üzrə müavini vəzifəsində polkovnik  leytenant  Rafail  Ağayev  xidmət etdiyi illər ərzində üzərinə düsən vəzifə və tapşırıqları həmişə  şərəflə və ləyaqətlə  yerinə yetirmişdir. 


Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda (Ağdam və Fuzuli rayonları istiqamətində )gedən döyüşlərdə fəal iştirak edərək, üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.Müharibə veteranı idi.


Öz xidməti,ictimai  vəzifələrini və hərbi hissənin (hərbi hospitalın)  qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə  və digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanı və onun müavinlərinin, islah-  əmək  müəssisə rəisinin,  hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə bır sıra medallarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif edilib, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə  mükafatlandırılmış və ona təşəkkur elan edilmişdir.

    

Daxili Qosunların Bas İdarəsinin  Qaradağ rayonunda yerləşən hərbi hissə komandirinin  (hərbi hospital rəisinin) tərbiyəvi işləri üzrə müavini vəzifəsindən ehtiyata buraxlan,hal- hazırda haqq dünyasında olan Rafai Agayevin  əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır. Belə,vicdanlı oğulları ilə tanınır Vətən.


ALLAH RƏHMƏT ETSİN ! RUHU ŞAD OLSUN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev.