Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fərqlənən, fədakarlığı ,qəhramanlığı ilə vətəndaşlığın əsas meyarı hesab edən, cəfakeş həkimlərmizdən biri olan Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan tibb xidməti polkovnik -leytenantı Məmmədzadə Faiq Kərim oğlunun 28 sentyabr dünyaya göz açdığı gündür. Daha doğrusu 70 illik yubiley günüdür.


   Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan Faiq Məmmədzadəni belə bir əlamətdar 70 illik yubiley günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri),doğmaları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Faiq həkim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


  Aağüəkli, geniş qələbə malik, insanlığın və həkimliyin ən yüksək dərəcəsinə çatmış, insanları sağlam gələcəyə aparan ali dərəcəli tıbb xidməti polkovnik- leytenantı Faiq Məmmədzadə 28 sentyabr 1955-ci ildə Baki şəhərində hərbi həkim ailəsində anadan olub. Atası peşəkar və təcrübəli hərbi həkim Mayor Kərim Hüseyinqulu oğlu ikinci dünya vətən müharibəsi iştirakçısı olub.

 

   Faiq həkim 1962 -ci ildə Baki şəhərində orta məktəbin birinci sinfinə getmiş, 1972 -ci ildə həmin orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika fakültəsinə daxil olmuş 1979-cu ildə həmin İnstitutu bitirmişdir.Faiq həkim dəfələrlə Azərbaycan Respubilkasının Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təhkimləşdirmə İnstitunda ixtisas artırma, 2010,2011 və 2016- cı illərdə isə Türkiyədə, Avstriyada, Hollandiyada və Avropa Assossasiyasında qaraciyər xəstəliyi ilə kurslarda olmuşdur.

    

   Faiq Məmmədzadə Azərbaycan Dövlət Tibb İnstitunu bitrdikdən sonra 1991-ci ilin dekabr ayna kimi Daxili İşlər Nazirliyinin İşlah-Əmək Müəsəsi İdarəsində həkim, 1992-ci ilin yanvar ayindan - 1994-cü ilin dekabr ayına kimi Xüsusi Dövlət Mühafizə Xidmətində tibb xidməti rəisi, 1995 -ci ilin yanvar ayından - 2003-cü ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin tibb şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir.


   Faiq həkim Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamələrin,direktivlərin, təlimatların, əsanamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox zabitlərə və hərbi həkimlərə nümnə olaraq Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Faiq Həkim o anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    

O,Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk təməlinin qoyulmasında iştirak edərək, Xüsusi Dövlət Mühafizəsinin tibb xidməti rəisi,Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsinin isə baş zabiti kimi vəzifə və peşə borcunu sədaqətlə həyata keçirmişdir.O,ordu quruculuğunun erkən vaxtlarında coxlu zəhmət tələb olunan bu sahədən öz bilik və baçarığnı əsirgəməmişdir.Vətənin ona olan etimadını layiqincə doğrulda bilmişdir. Belə ki,Qubadlı rayonunun ərəzi bütövlüyü uğrunda gedən döyüşlərdə şəxsi heyətin sağlamlığnı təmin edərək, ən ağır məqamında harayına catmış, hətta ölümün pəncəsindən belə xilas etmişdir.Ön mövqedə silahdaşları ilə birgə düşmənə qarşı mübarizədə yaxından iştirak edən Faiq həkim, ən çox vurğunu olduğu peşəsinə bağlıdır.


   Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşlsının alınmasında, Fövqalədə hallar habelə fövqalədə vəziyyət və komendat saatı vəziyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində ona və tibb şöbəsinə həvələ edilmis vəzifə və tapşırıqların öhtəsindən Faiq həkim layiqincə gəlmişdir.


  Tıbb xidməi polkovnik- leytenantı Faiq Məmmədzadə hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində,yüksək göctəricilərə nail olduğuna, nümnəvi xidmət və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanşdığna görə Daxili İşlər Nazirinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların Baş İdarəsinin tibb şöbə rəisinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında bir sira medallarla, döyüş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlala və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  

Faiq həkim qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı zəhmətkeş həkimdir. O istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə- də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış qohum-əqrəb arasında özünə layiq hörmət qazanmışdır.


   Tibb xidməti polkovnik- leytenantı Faiq Məmmədzadə peşəkarlığı, humanistliyi və səmərəli fəaliyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 46 ildən çox şərəfli xidmət yolunun iyirmi dörd ilini Daxili İşlər Orqanların, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Daxili Qoşunların Bas İdarəsinin tibb xidmətlərində kecirib, iyrimi iki ilini isə MEDERA hospildada kecirir.

  

  Yüksək insanı keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Faiq həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.


70-İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN FAİQ HƏKİM!


BİR İL DAHA BİTDİ, AMMA HEC VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KECİR DEYƏ...UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIGİNDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...BÜTTÜN ARZULARLNININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.


 Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev