Daxili İşləri Nazirliyi Daxili Qoşunlarının Naxcvan şəhərində yerləşən hərbi hissənin həyatında özünəməxsus xidmətləri olan- ehtiyatda olan mayor Ramiz Bağırovun sentyabr ayının 3-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Ramiz Bağırovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ramiz qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Bağırov Ramiz İsrafil oğlu 1978-ci ilin sentyabr ayının 3-də Naxçıvan şəhərində zəhmətkeş ailədə anadan olub.
1994-cü ildə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbi,
2008-ci ildə Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Orta İxtisas Hərbi Məktəbini ("taktiki komandanliq "ixtisası üzrə) bitrib. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin və xidmət etdiyi hərbi hissənin keçirdiyi təlim-metodiki toplanışlarda,xüsusi-taktiki təlimlərdə, seminarlarda(kurslarda) və konfraslarda fəal iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür.
Bağırov Ramiz İsrafil oğlu 1996-1998-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
1999-cu ildən- 2020 ci ilin oktyabr ayının 20-nə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasinda yerləşən Əlahiddə briqadada (alayda) taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, kəşfiyyat rəisi, qərargah rəisinin döyüş təlimi üzrə müavini və briqadanın qərargah rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Ramiz Bağırov peşəkarlığı, humanistliyi,sadəliyi,işgüzarlığı,vətənpərvərliyivə səmərəli fəaliyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirib.
Ramiz Bağırov Daxili Qoşunlarda xidmət etdiyi ilərdə Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə xidmət etdiyi hərbi hissənin döyüş bölgələrində olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Bağırov Ramiz İsrafil oğlu Daxili Qoşunların Naxcıvan şəhərində yerləşən əlahiddə briqadada xidmət etdiyi dövürdə, bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən, öz səmərəli fəaliyyəti ilə, təşkılatcılıq bacarığı ilə, işgüzarlıgı və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə daimi Daxili Qoşunların Komandanlıgının diqqət mərkəzində olmuşdur.
Bağırov Ramiz İsrafil oğlu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,
əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
R.Bağırovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili işlər nazirliyinin rəhbərliyi və Daxili Qosunlar Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə O, Azərbaycan Respublikasi Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanının müvafiq sərancamı ilə, Naxçıvan Muxtar Respublikasinin Ali Məclisinin Sədrinin,Azərbaycan Respubilkasının Daxili İşlər Nazirinin, Daxili Qosunlar Komandanın və onun müavinlərinin,Naxcıvan Muxtar Respubilkasımın Daxili İşlər Nazirinin və hərbi hissə komandirinin mivafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Hərbi xidmətlərə görə” medalı ilə;
2.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 iliyi (1991-2001)” yubiley medalı ilə;
3.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubiley medalı ilə:
4.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin
95 illiyi (1918-2013)” yubiley medalı;
5."Qüsursu z xidmətə görə" 1- ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6.“Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvum ili xidmətə görə:
7.“Qüsursuz xidmətə görə”3-cü dərəcəl medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
BÜTÜN GÖZƏL NƏ VARSA, SƏNİN OLSUN RAMİZ!
DOGUM GÜNÜN MÜBARƏK OLSUN,100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
0 Yorumlar