Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkar və təcrübəli zabit Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Qafarov Tərlan Həsənağa oğlunun sentyabr ayının 28- də dünyaya göz açdığı gündür. 


 Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının  müharibə veteranı – istefada olan mayor Tərlan Qafarovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyiinin (DİN-in ) zabitlər birliyinin üzvləri, Daxil Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən  təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,

Tərlan müəllim qoy  yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


  Qafarov Tərlan Həsənağa oğlu  28 sentyabr 1968 - ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.  O, 1985- ci ildə Bakı şəhərində 240 saylı orta məktəbi, 1990- cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov şəhərində yerləşən   Ali hərbi  məktəbi bitrib. 

 1990- 2009-cu  illərdə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliklərinin Daxili Qoşunlarının hərbi hissələrində taqım komandiri, bölük komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi,ayrıca yerləşən taborun komandiri, Daxili Qoşunların Bas İdarəsinin mühəndis xidmətində isə zabit və baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. 

  Qafarov Tərlan Həsənağa  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  fəal iştirak edib. Azərbaycan Respublikasının müharibə veteranıdır.

  Mayor Tərlan Qafarov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  və mühəndis xidməti haqqında əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər üçün daimi nümnə olmuş,Qanunvericiliklə Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Mayor Tərlan Qafarov peşəkarlığı, işgüzarlığı vətənpərvərliyi, humanistliyi və sadəliyi ilə seçilən ömrünün ən mənalı həyatının   23 ildən çoxnu hərbi xidmətə həsr etmişdir.

 Öz xidməti və ictimai vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına , şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsüzliyin qorunmanda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz  silahlı dəstənin zərərləşdirilməsində və öz xidməti vəzifələrini yernə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə mayor Tərlan Qafarov Daxili İşlər Nazirinin,Daxili Qoşunlar komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrə mükafatlandırlıb və aşağdakı medallarla təltif olunub:


  1.“SSRİ Silahlı  Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;

  2.“Azərbaycan  Respubilkasının Silahlı  Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

   3.“Azərbaycan Respublikasının Silahlı  Qüvvələrinin 90 illiyi ( 1918-2008)” yubiley medalı ilə;


4. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

 5.“Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


   6.“Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TƏRLAN MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!


100 YAŞA, SAĞLAM YAŞA. 


ALLAH SƏNİ QORUSUN !


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev