Bəzi şəxslər tərəfindən təbii qaz və elektrik enerjisindən istifadə qaydaları hələ də pozulur, qanunsuz olaraq elektrik və qaz xətlərinə qoşulma hallarına yol verilir. Bu sahədə baş verən neqativ halların qarşısının vaxtında alınması ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilmiş, bu sahəni tənzimləyən qanunvericilik aktları təkmilləşdirilmişdir. Enerji resurslаrındаn istifаdə zаmаnı bаş verə biləcəк qаnun pоzuntusunun qаrşısının аlınmаsı məqsədilə bu gün vətəndaşlara bir dаhа qаnunvericiliyin tələbləri, törədilmiş əməlin ictimаi təhlüкəliliyi və məsuliyyəti bаrədə qeyd etmək istəyirəm ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - min manatdan, üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
CM.189.1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə, üc min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunuan əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə isə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
CM.189.1.3.Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən yuxarıda qeyd olunan əməllərin qarşısının alınmaması üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
CM.189.1.4.Həmçinin təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən qeyd olunan əməllərin qarşısını almaması isə dörd min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Qeyd. CM.189.1.1. və 189.1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tam ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
0 Yorumlar