Sentyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 290 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Adil Əliyev çıxış edərək bildirib ki, rayon ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması işləri mərhələli şəkildə həyata keçirilir.
Səyyar görüşdə küçələrin asfaltlanması, abadlıq işlərinin aparılması və s. problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş və məsələlər nəzarətə götürülmüşdür.
0 Yorumlar