Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan,dərin zəkası,gözəl nitq qabiliyyəti,vətənpərvərliyi,səmərəli fəaliyyəti,böyük idarəclik və təşkilatçılıq bacarığı, işgüzarlığı, dəqiqliyi, təmkinliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Respubilkasının   Silahlı qüvvələri veteranı və müharibə  veteranı- istefada  olan polkovnik- leytenant  Qəhraman Əli oğlu Mehtiyevin sentyabr ayının 2-də dünya göz açdığı gündür.Daha doğrusu 65 illik yubiley günüdür.


Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan, Qəhraman Əli oğlu Mehtiyevi belə bir əlamətdar  

 gün münasibətilə Daxili  İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri,doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -tükənməyən naliyyətlər arzu edib deyirlər,Qəhraman müəllim

qoy  yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   

Qeyd edək ki,  böyük ürəkli insan, vətənpərvər şəxsiyyət,  peşəkar zabit  Qəhrəmanı Mehdiyevin 65 illik   ömür yolu ş çox şərəfli və mənalı keçmişdir.


Polkovnik- leytenant  Mehtiyev Qəhraman Əli oğlu   1960-ci ilin sentyabr ayının 2-də Bakı  şəhərində  zəhmətkeş bir ailədə anadan olub .


1978 -ci ildə Bakı şəhərində  orta məktəbi,1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  LKCİ-nin 60 iliyi adına Sankt- Peterburq  (Leninqrad ) şəhərində yerləşən Ali hərbi siyasi məktəbini bitirib.

  

1979 -1980- ci ilərdə SSRİ Daxili İslər Nazirliyinin Daxili Qoşunlarının Sankt-Peterburq (Leninqrad ) şəhərində yerləşən hərbi hissələrin burində müddətli həqiqi hərbi xidmətdə olub.

    

1985- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis və Bakı şəhərində yerləşən Əməliyyat briqadasında, Mühafizə (Konvoy) alayında və Xüsusi Motorlaşdırılmış Milis alayında böluk komandirinin tərbiyəvi işləri üzrə müavini  və tərbiyə bölməsində təlimatçi vəzifəsində işləyib.

 

1992  - 2010- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi və Nərimanov  rayonunlarında yerləşən hərbi hissələrində tərbiyəvi işlər üzrə baş təlimatci, tabor və alay  komandirlərinin tərbiyəvi işləri üzrə müavini,Füzuli rayonunda yerləşən  əlahiddə hərbi hissənin komandiri, Daxili Qoşunların Baş İdarəsinin tərbiyə  şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı idarəsində  təlim-tədris mərkəzının (poliqon) rəisi, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində  planlaşdırma, metodiki vəsaitlərin və nizamnamələrin hazırlanması bölməsinin rəisi, Daxili  Qoşunların Baş İdarəsinin əməliyyat və döyüş hazırlığı idarəsinin döyüş hazırlığı şöbəsində, baş zabit, Daxili Qoşunların Baş İdarəsinin İnispeksiyasında  (xidmət rəisi səlahiyyətində) baş inispektor vəzifələrində xidmət etmişdir.

   

Polkovnik- leytenant Mehtiyev Qəhraman Əli oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarəsinə və Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyasına  aid təlmatların və əsasnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşaraq Millətə, Vətənə və Xalqa  sədaqətlə xidmət etmişdir.

   

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə  veteranı, polkovnik - leytenant Qəhrəman Mehtiyev peşəkarlığı, humanistliyi, insapərvərliyi,xeyirxahlığı və sadəliyi  ilə seçilən ömrünün ən məhsuldar dövrünün 31 ildən cox şərəfli xidməti yolunu Daxili 

İşlər Nazirliyi Daxili Qoşunlarında hərbi xidmətdə kecirib.

    

O,1999-2001-ci illərdə Azərbaycan  Respublikasının Silahlı Qüvvələri və Hüqüq mühafizə orqanlarının            ( MN,  DİN,ƏN,MTN, XDMX, və DSX)  əməkdaları və hərbi qulluqçuları arasında kecirlən  "Atıclıq " üzrə idman yarışlarında 12 (on iki) komanda arasında yüksək nəticələr göstərərək  1-ci və  2-ci yerlərə layiq görülmüş Daxili İşlər Nazirliyinin yığma komandasının qələbəsinə öz layiqli tövhəsini  polkovnik- leytenant Qəhrəman Mehtiyev  verərək,  Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanı tərəfindən mükafatlandırılmışdır.

  

 Polkovnik - leytenant Qəhraman Mehtiyev SSRİ və Azərbaycan Respublikasının   Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına  və xidmət etdiyi  İdarəyə, hərbi hissəyə qanuverciliklə müəyyən edilmiş qaydada  həvalə edilmis vəzifələrin və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obtektlərin, hərbi təchizat anbarların,xüsusi yüklərin,inzibatı binaların mühafizə olunmasında,  cinayətgarlığa qarşı mübarizədə, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai  əsayişin  qorunmasında, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşlsının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqəladə hallar, habelə  fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlarda, eləcə  də 1986 -cı ildə Çernobol zonasında baş vermiş faciənin qarşısının alınmasında, üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     

Q.Mehtiyev Daxili Qoşunların Bas İdarəsinində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin Zabitləri ilə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçular ilə komandir hazırlığı üzrə məşğələlərin və məşqlərin keçirilməsində, hərbi hissə komandirlərinin və onların müavinləri ilə, hərbi hissələrin döyüş hazırlığı bölmələrinin rəisləri və zabitləri ilə, hərbi hissələrin idman və fiziki hazırlığı rəisləri ilə, böluk komandirləri ilə, ilkin leytenant rütbəsi  almış gənc zabitlərlə, hərbi hissələrin təlim- tədris  mərkəzinin (poliqon) rəisləri  ilə metodiki təlim-toplanışların və nümunəvi  göstərici məşğələlərin keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

   

Polkovnik- leytenant Qəhrəman Mehtiyev  Daxili Qoşunların Bas İdarəsinində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili  Qoşunların Bas İdarəsinin İdarə, şöbə  və xidmətlərində, hərbi hissə və əlahiddə bölmələrində təftiş, yekun, inspeksiya  yoxlamaları eləcədə tədris müddətini başa vurmuş gizir və müddətdən

artıq xidmət edən hərbi qulluqçuların, çavuşların, kiçik mütəxəssislərin və gənc əsgərlərin buraxılış imtahan komisiyalarının, hərbi hissə və bölmələrdə isə  keçirilən kompleks və məqsədli qrupların üzvü olarkən o, öz vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

  

O,Azərbaycan Respublikasının  Ağdam,  Füzuli və Qubadlı rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranıdır.


Polkovnik- leytenant  Qəhrəman Mehtiyev xidmətdə fəriqləndiyinə və hərbi  xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə  görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı, SSRİ Ali Soveti  və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın  və onun müavinlərinin, eləcədə təhsil aldıgı ali hərbi məktəb rəisinin , xidmət etdiyi diviziya və hərbi  hissə komandirinin və onların müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin Döyüş hazırlığı İdarə və  İnispeksiya rəislərinin müvafiq əmrləri  əla xidmətlərə görə əlaçı,  yubiley və döş  nisanları ilə,  fəxri fərmanlarla, (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:


1.“Hərbi xidmətlərə görə” medalı ilə;


2.“Azərbaycan Reslubilkası Silahlı Qüvvələr Veteranı” medalı ilə;


3.“SSRİ Silahlı Qüvvələrin yaranmasının 70 illiyi (1918-1988)” yubiıey müdalı ilə;


4.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi  (1991-2001)” yubiley medalı ilə; edaları 


5. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  yaranmasının  90 illiyi (1918-2008)” yubiley medalı ilə;


6. “Daxili işlər nazirliyi  Daxili Qoşunların Sank-Peterburq  (Leninqrad) şəhərində yerləşən ali hərbi siyasi  məktəbin  yaranmasının 70 illiyi” yubiley medalı ilə;


7. “Qüsursuz xidmətə görə”  1-ci dərəçəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


8.“Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;


9.“Qüsursuz xidmətə görə” 3 dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə. 

 

65  İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN

QƏHRƏMAN MÜƏLLİM!


ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.


DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.


 Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev