Ömür yolu o zaman şərəfli və şöhrətli olur ki o, insan ağılına gəlməyən çətinliklərdən,dücar olsun , qarlı aşırmalardan, əlçatmaz, ünyetməz zirvələrdən aşçın, dərin dərələrdən , sıldırımlı qayalardan vüqarla və cəsarətlə keçsin. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan, yüksək peşəkarlığı, hümanistliyi, sadəliyi, vətənpərvərliyi, səmərəli fəaliyyəti, idarəçilik və təşkilatçılıq bacarığı, işgüzarlığı , iradi və mənəvi keyfiyyətləri ilə seçilən, hörmətli veteranmız polkovnik Məmməd Hacıyevin ömür yoluda, belə uca zirvələrdən,daşlı, çınqıllı aşırmalardan, görənləri vahiməyə salan dərin dərələrdən, sıldırımlı yarğanlardan keçirirək ona bir peşəkar zabit kimi şərəf və şöhrət gətirmişdir.
Məmməd Teymurşah oğlu Hacıyev 3 sentyabr 1965-ci ildə Quba rayonunun Alpanlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
O, 1987-cı ildə Kazan şəhərinin Ali Tank Məktəbini və Daxili Qoşunlarda xidmət etdiyi illərdə isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.Hərbi təcrübə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
M.Hacıyev 1987–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Polşa Respublikasında yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə calışıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Məmməd Hacıyev 1992-ci ilin mart ayında xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.
O, 1992–2025- ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Nərmanov , Ağdam, Füzuli və Xətai rayonlarında yerləşən hərbi hissələrində bölük komandiri, tabor komandiri hərbi hissə (alay və briqada) komandiri, Daxili Qoşunların Baş İdarəsində hərbi şuranın katibi vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Hərbi xidməti vəzifələrini icrası zamanı yüksək mənəvi -döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq əmrlərinə əsasən Hacıyev Məmməd Teymurşah oğluna vaxtından əvvəl “mayor”, “polkovnik- leytenant” və “ polkovnik hərbi rütbəsi verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı polkovnik Məmməd Hacıyev Daxili Qoşunlara gəldiyi ilk gündən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində gedən döyüşlərdə) erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fədakarcasına iştirak edərək ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.1993-1994-cü illərdə Füzuli bölgəsində gedən döyüşlərdə onun alay komandiri olduğu hərbi hissə Horadiz qəsəbəsini və 11 yaşayış məntəqəsini işğaldan azad etmişdir.
M.Hacıyerv qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, şücaət, igidlik və fədakarlıq göstərdiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xəbərlərə görə Məmməd Hacıyev aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı” medalı ilə;
2.“Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
3. “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə -Silahlı Qüvvələrdə 20 il,15 il və 10 il qüsursuz xidmətlərə görə;
4. “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi, “Azərbaycan Respublikasının isə 10,90 və 95 illiyi” yubiley medalları ilə.
M.Hacıyev Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1993-cü il tarixli Sərəncamı ilə “ Hərbi xidmətlərə görə “ 24 dekabr 1998-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə, 6 may 2005-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan.zabitləri , kollektivi, (hərbi vəzifələri) polkovnik Məmməd Teymurşah oğlu Hacıyevi 60 illk yubiley günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşakar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
0 Yorumlar