Aktyor bir dəfə Bakıya qastrol səfərinə gəlir. Onu şəhərdə Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981) Gülcahan Güləhmədova-Martınova müşayiət edir. Yevgeni Leonov Rusiyaya Gülcahan getməzdən əvvəl onu “Təzə bazar”a aparır. O vaxtlar bu bazar əsl Şərq bazarı idi. Bazarda Leonov yaşlı qadının yanında oturur. Birdən qadın qışqırır və aktyorun çantasını narla doldurmağa başlayır. Leonov çaşqınlıq içində soruşur:

- O nə edir, nə deyir?

- Səni televizorda görüb, tanıyıb və hədiyyə olaraq pulsuz nar verir, - aktyora cavab verirlər

Aktyor ayağa qalxıb qadının dərisi qırışmış əlindən öpüb deyir:

- Əgər bu qadın məni tanıyıbsa, deməli, boşuna yaşamamışam.